Azərbaycançılıq ideyalarının təbliğinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib

"Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı" İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi "Azərbaycançılıq ideyalarının yeniyetmə və gənclər arasında təbliği" layihəsinə yekun vurulub. "OLAYLAR"-ın xəbərinə görə, layihə çərçivəsində Beyləqan rayonunda "Mən vətənimi sevirəm!" mövzusunda rəsm müsabiqəsi də keçirilib. Müsabiqədə 40-dən artıq yeniyetmə və gənc Azərbaycançılıq ideyası ilə bağlı düşüncələrini öz rəsm və əl işləri vasitəsilə ictimaiyyətə çatdırıb. 3 nominasiya üzrə ən yaxşı rəsm və əl işi müəllifi Münsiflər heyəti tərəfindən seçilərək, sertifikatlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Qeyd edək ki, layihənin əsas məqsədini Azərbaycançılıq məfkurəsinin yeniyetmə və gənclər arasında təşviqi və bununla bağlı maarifləndirmə işinin aparılması təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31