Gündəm
“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçiriləcək
Həmyerlilərinə qarşı dələduzluq edən İraq vətəndaşı Azərbaycanda saxlanılıb
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 1 nəfər İraq vətəndaşı Ahmad Abdulhaq İsmael saxlanılıb.
Avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə edilmir
Qar İsmayıllı, Qəbələ və Şamaxıda fəsadlara səbəb olub
Ötən gün axşam saatlarından başlayaraq Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ və Göyçay rayonlarına güclü qar yağıb, ucqar kəndlərin rayon mərkəzi ilə nəqliyyat əlaqəsində yaranan problem aradan qaldırılıb. Həmin rayonların İcra hakimiyyətlərindən APA-nın yerli bürosuna verilən məlumata görə, dağlıq ərazilərdəki kəndlərə 25-30 santimetr, rayon mərkəzlərinə 10-15 santimetr hündürlükdə qar yağıb. Güclü qar səbəbindən bəzi kəndlərdə elektrik dirəkləri aşıb, naqillər qırılıb. Hazırda elektrik verilişinin bərpası üçün işlər görülür. Kəndlərdə rabitə xidməti ilə bağlı müəyyən problemlər yaranıb. Bir sıra köhnə evlərin, yardımçı tikililərin dam örtüyü güclü qarın ağırlığına tab gətirməyərək çöküb.
Sanksiyalar daha 10 il uzadıldı
ABŞ İrana qarşı sanksiyalar haqqında qanunu daha 10 il uzadıb. Associated Press agentliyinin yaydığı məlumata görə, sənəd dekabrın 15-də gecəyarısı qüvvəyə minib. Xarici informasiya agentliklərindən SİA-nın əldə etdiyi məlumata görə, Birləşmiş Ştatların qanunlarına görə, bu müddətədək Prezident Barak Obama ABŞ Konqresinin İran əleyhinə sanksiyaların uzadılmasına dair qəbul etdiyi qanun layihəsini ya imzalamalı, ya da rədd etməli idi. Lakin Prezident bunların heç birini etməyib. Buna görə də sənəd avtomatik olaraq qanun qüvvəsinə minib.
Türkiyənin ordu generalı aprel döyüşləri barədə AÇIQLAMA
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev Türkiyə Silahlı Qüvvələrinin Birinci Ordu komandanı, ordu generalı Musa Avseverlə görüşüb. Görüşdə M.Avsever Azərbaycan və Türkiyə arasında olan dostluq və qardaşlıq münasibətlərinin qorunmasının və daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamını xatırladan ordu generalı diqqətə çatdırıb ki, eyni tarixə, kökə, dilə, dinə və ənənələrə mənsub olan iki qardaş xalq arasında əlaqələrin qorunması və inkişafı tarixi əhəmiyyət daşıyır.














