Rza Zərrabdan gözlənilməz qərar
15 Dekabr 2016 11:33 DünyaAmerika Birləşmiş Ştatlarında 75 il həbsi istənilən İran əsilli Rza Zərrab 3 vəkili ilə yollarını ayırdı.
Çərşənbə günü Nyo - York Federal Məhkəməsində yenidən hakim önünə çıxan Rza Zarrabın məhkəməsində mübahisə yaranlb. Belə ki, iddianamədə adı çəkilən bankların vəkilləri ilə Zərrabın vəkillərinin eyni olması məhkəmə zalında gərgin anlar yaşadıb. Bu səbəblə də keçmiş iş adamı indiki məhkum olan Rza Zərrabı 3 vəkili ilə yollarını ayırıb.
Zərrabın digər vəkillərdən isə növbəti məhkəmə prosesində çıxarılacaq qərardan sonra imtina edilməsi gözlənilir. Məhkəmə zalındaca Rza Zərrab Quinn Emanuel Urquhart & Sulivan hüquq firmasının vəkilləri olan Christine H. Chung, Clifford Chance ve George D. Kleinfeld - in onu müdafiə etməyəcəyəklərini vurğulayıb.