Nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi endirilib

Paytaxtda müşahidə edilən faktiki hava şəraitinə uyğun metereoloji amillər nəzərə alınaraq, şəhərdaxili əsas magistral avtomobil yollarında nəqliyyat vasitələri üçün müəyyən edilmiş sürət həddi 20 km/saat qədər endirilib. "OLAYLAR"-ın xəbərinə görə, məlumatı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsi yayıb. Bildirilib ki, axşama doğru yollarda buzlaşma olarsa, sürət həddi daha 20 km/saat qədər endirilə bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31