Suriya beynəlxalq güclərin savaş meydanıdı

"Suriya beynəlxalq güclərin savaş meydanıdır. Burada geosiyasi və qütbləşmə uğrunda müharibə gedir". "OLAYLAR"-ın xəbərinə gör, belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, bildirib ki, əsas aktorlar Qərb və Rusiyadır. Suriyada Rusiyanın qalib olmaq şansı isə müvəqqəti xarakter daşıyır: "Qərb uzunvədəli siyasət aparmaqla regionda öz liderliyini bərpa edəcək. Sadəcə Rusiyaya öz potensialını xərcləyib, əldən düşmək ssenarisi tətbiq olunub. Suriya müharibəsini məzhəb savaşı kimi təqdim etmək isə, müəyyən dairələrin planlaşdırmış olduğu siyasətdir. Suriyada "İslam" adı altında fəaliyyət göstərən terrorçular, beynəlxaq güclərin əlində alət olmuş vəhhabi-təfrikçi ərəblərdir. Bunlar Əsədi devirmək üçün hazırlanan qüvvələrdir. Əfqanistanda Taliban, Yaxın Şərqdə İŞİD. Bunun İslam dininə, məzhəb savaşına aidiyyatı yoxdur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31