Artıq hüquqi şəxslər cinayət təqibinə məruz qala bilər
Qanunvericiliyə edilən bu dəyişiklik hüquqi şəxslər barəsində cinayət təqibini və onlara qarşı cəzalar tətbiq olunmasını mümkün edəcək. Bunu hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib.
15 Dekabr 2016 12:27 SosialQanunvericiliyə edilən bu dəyişiklik hüquqi şəxslər barəsində cinayət təqibini və onlara qarşı cəzalar tətbiq olunmasını mümkün edəcək.
Milli.Az xəbər verir ki, bunu hüquqşünas-ekspert Ərşad Hüseynov bildirib.
Lakin ekspertin fikrincə, bu yeniliyin realda tətbiqinin mümkün olması üçün başqa bir dəyişikliyə də ehtiyac var:
"Ölkəmizin hüquq sistemi üçün çox maraqlı bir yenilik də oldu. Cinayət-Prosessual Məcəlləyə hüquqi şəxslər barəsində cinayət təqibini mümkün edən və onların barəsində cinayət-hüquqi tədbirlər (yəni əslində cəzalar) tətbiq olunmasına yol açan dəyişiklik edildi. Hüquqi şəxslər barəsində cinayət-hüquqi tədbirlərin tətbiqi 2012-ci ildən nəzərdə tutulsa da, icraat qaydaları müəyyən edilmədiyindən onun təcrübədə tətbiqi mümkün deyil. CPM-ə edilən dəyişiklik isə artıq proseduru müəyyən etdi. Amma bununla bağlı hələ Cəzaların İcrası Məcəlləsinə də dəyişiklik edilməlidir ki, həmin tədbirlər necə icra olunacaq. Yəqin, yaxın vaxtlarda bu da edilər".