Gündəm
Mübariz Əhmədoğlu: "Prezident konfrans vasitəsilə dünyaya mesaj verdi"
“Azərbaycanın qlobal miqyaslı tədbirlərdə iştirakı artıq çoxillik ənənəyə çevrilib. Azərbaycan Prezidentinin Münhen konfransında iştirakı da ölkəmizin dünyada təhlükəsizlik ixracatçısı kimi özünü göstərməsi ilə bağlıdır. Ölkəmiz nəinki özünü, həm də regionun təhlükəsizliyinin təminində həlledici rola malikdir”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.
"Zamanla estradanın yox, məhz muğam sənətinin xasiyyətimə uyğun olduğunu anladım..."
Bu səsi tamaşaçılar ilk dəfə 2008 – ci ildə dinlədilər. Səhnədəki kövrəkliyi, utancaqlığı, zərifliyi və ən əsasıda gözəl səsi və repertuar seçimindəki zövqü onu yaddaşlara həkk etdi. İllər sonra tanrı bizlərə yenidən o səsi duymağa fürsət verdi. Bu dəfə biz onun sənətinə nə qədər ciddi yanaşdığını hiss etdik. Həmsöhbətimiz 2011 – ci ildə keçirilən Televiziya Muğam müsabiqəsinin qaliblərindən biri olan Günay İmamaverdiyevadı.
Xocalı faciəsi soyqırımı faktıdır
Xocalı soyqırımı erməni millətçilərinin Azərbaycan xalqına qarşı əsrlərdin bəri davam edən etnik təmizləmə siyasətinin daha bir dəhşətli nümunəsidir. Lakin indiyə qədər insanlıq əlehinə qarşı törədilən bu cinayətin nə təşkilatçıları, nə də icraçıları cəzalarını almayıblar.
Sumqayıtda müəllimlərin əmək haqqına kim göz dikib?
Prezident İlham Əliyev tərəfindən əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri kimi müəllimlərin əmək haqlarının artırılmasına xidmət edən diaqnostik qiymətləndirmə layihəsini göstərmək olar ki, nəticə etibarilə onların əmək haqqında köklü dəyişiklilklər baş verir. Təəssüf ki, bəzi hallarda nəinki ölkədə həyata keçirilən sosial siyasət istiqamətləri nəzərə alınmır, əksinə heş bir əsas olmadan müəllimlərin qanuni əmək haqların “göz dikilir”.
Məhkumlara "elektron qolbaq"lar vasitəsilə nəzarət ediləcək
Dövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli Sərəncamında penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi ustiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Elçin Hüseynbəyli yazır... Əsir qadınlar...
Ürəkdağlayan mənzərəydi: qışın soyuğunda çılpaq qadınlar əks olunmuşdu, bəziləri də hamiləydi, fizioloji durumları bunu əyani göstərirdi. Onları qoruyanlar isə əsgərdən çox, sifarişli muzdlulara oxşayırdı.
Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqi
Keçən həftənin ən yadda qalan hadisələrindən biri Birləşmiş Ştatlar və Rusiyanın yüksək səviyyəli hərbi rəsmilərinin Azərbaycanda bir araya gələrək müxtəlif istiqamətləri əhatə edən müzakirələr aparması oldu. ABŞ-ın Birləşmiş Qərargahlar Rəisləri Komitəsinin sədri general Cozef Dunford və Rusiya Federasiyasının Baş Qərargah rəisi Valeri Gerasimovun Bakı görüşü Azərbaycan üçün də xüsusi əhəmiyyətli hadisə kimi dəyərləndirilməlidir. Belə ki, dünyanın iki super gücünün məhz Azərbaycanın paytaxtında bir araya gələrək bir sıra regional məsələləri müzakirə etməsi əslində bir tərəfdən də rəsmi Bakıya verilən önəmin, dəyərin göstəricisidir. Elə təsadüfi deyil ki, əksəriyyət ekspertlər də bu qənaətdədirlər. Müstəqil ekspert Əlabbas Məhərrəmli də Amerika və Rusiya generallarının Azərbaycanın paytaxtında görüşməsini əhəmiyyətli hadisə kimi dəyərləndirir. “OLAYLAR”-a verdiyi müsahibədə Bakı görüşünün əhəmiyyətindən danışan Əlabbas Məhərrəmli sözügedən danışıqların Azərbaycan üçün mümkün müsbət dividentlərindən də söhbət açıb.
ABŞ-Rusiya münasibətləri bundan sonra necə olacaq?
Donald Trampın Birləşmiş Ştatların 45-ci prezidenti seçilməsindən sonra gündəmin əsas suallarından biri Vaşinqtonla Moskvanın bundan sonra münasibətlərinin necə olacağı ilə bağlı idi. Hətta beynəlxalq analitiklər də bu mövzuda qəti bir proqnoz səsləndirməyə çətinlik çəkirdilər. Təbii ki, hər iki ölkənin yüksək rütbəli hərbi rəsmilərinin ötən həftə Bakıda keçirdiyi məlum görüşə qədər. Məhz Bakı görüşü bir çox mətləblərə, eləcə də Vaşinqton-Moskva münasibətlərinin gələcək taleyinə demək olar ki, aydınlıq gətirdi. Belə anlaşıldı ki, yeni Ağ Ev admnistrasiyası Kremllə sərinləşən münasibətləri bir qədər istiləşdirməyi düşünür. Məhz Bskı görüşü belə deməyə əsas verir.
Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil
Ötən həftə Azərbaycanın xarici siyasət sahəsində bir sıra yeniliklər və uğurlarla yadda qaldı. Birləşmiş Ştatlar və Rusiya hərbi rəsmilərinin Bakıda bir araya gəlməsi, hər iki ölkə generalının Azərbaycan rəsmiləri ilə görüşünün ardınca dövlət başçısı Almaniya Federativ Respublikasına səfər edərək Münxen Təhlükəsizlik Konfransına qatıldı. Azərbaycan Prezidenti təkcə Münxen Təhlükəsizlik Konfransına qatılmaqla kifayətlənmədi və konfrans çərçivəsində keçirilən dəyirmi masa və müzakirələrdə yaxından iştirak edərək ölkəmizin üzləşdiyi problemlər, Ermənistanın işğalçılıq siyasəti, eləcə də Azərbaycanın haqlı mövqeyini iştirakçı dövlətlərin diqqətinə çatdırdı. Xüsusilə, Münxen Təhlükəsizlik Konfransı Dağlıq Qarabağ münaqişəsinin bir daha beynəlxalq aləmə çatdırılması, Ermənistanın təcavüzkar və aqressiv siyasətinin ifşa edilməsi baxımından əhəmiyyətli hesab edilə bilər. Onu da qeyd etmək lazımdır ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri- Elmar Məmmədyarov və Edvard Nalbadyan növbəti dəfə görüşərək, danışıqlar aparıb.
İtkin düşmüş neftçilərdən daha birinin meyiti tapıldı
İtkin düşmüş neftçilərdən daha birinin meyiti tapılıb. Bu barədə Axtarış-Xilasetmə qərargahından məlumat verilib. “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Birləşmiş Ərəb Əmirliklərinə qar yağdı
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xayma əmirliyinə qar yağıb. Yerli sakinlər qarın əmirliyin dağlıq ərazilərinə yağdığını bildiriblər.
Deputatlarımız Kiyevə səfər ediblər
Milli Məclisin deputatları - Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Rasim Musabəyov və Şahin İsmayılov Avronest Parlament Assambleyasının Şərq tərəfdaşlığı ölkələrinin nümayəndə heyətləri rəhbərlərinin görüşündə və Avronest PA-nın prosedur qaydaları üzrə işçi qrupunun iclasında, eləcə də Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş tədbirdə iştirak etmək üçün Kiyev səfər ediblər. Bu barədə MM-dən “Olaylar”a verilən məlumata görə, səfər çərçivəsində Avronest PA-nın prosedur qaydaları üzrə işçi qrupunun iclasında qurumun fəaliyyətinin təkmilləşdirilməsi və effektivliyinin artırılması ilə bağlı məsələlər müzakirə ediləcəkdir.
“Azəravtoyol” ASC-də qanvermə aksiyası keçirilib
“Azəravtoyol” ASC-də növbəti qanvermə aksiyası keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qanvermə aksiyası 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə "Qan verməyə ayrılan bir saat vaxt, bir həyata bərabərdir!" şüarı altında baş tutub. Aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Azərbaycan Talassemiya Fedarasiyasının və Qan Donorları Assosiasiyasının təşəbbüsü ilə keçirilib.
Çərşənbə iməcilikləri keçiriləcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Çərşənbə iməcilikləri” layihəsinə start verilib. “OLAYLAR”-ın xəbərinə görə, layihənin həyata keçirilməsində əsas məqsəd şagirdlərin Azərbaycanın tarixi və adət-ənənələri ilə bağlı məlumatlandırılması, milli adət-ənənələrin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasından ibarətdir.
Kəlbəcərli seçicilərin qəbulu keçirilib
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə növbəti görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, qəbulu aparan millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, müraciətlər əsasən iş və yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, qeydiyyat, sənədləşdirmə, hüquqi yardım və s. ilə bağlı olub.














