Birləşmiş Ərəb Əmirliklərinə qar yağdı
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xayma əmirliyinə qar yağıb. Yerli sakinlər qarın əmirliyin dağlıq ərazilərinə yağdığını bildiriblər.
20 Fevral 2017 14:56 DünyaBirləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xayma əmirliyinə qar yağıb. Yerli sakinlər qarın əmirliyin dağlıq ərazilərinə yağdığını bildiriblər.
Qeyd edək ki, bugünlərdə BƏƏ-də region üçün qeyri-adi soyuq hava müşahidə olunur. Şimaldan gələn siklon nəticəsində havanın temperaturu 10 dərəcədən çox azalıb.
Eyni zamanda, bu gün Dubay və Əbu-Dabi şəhərlərində qısamüddətli yağış yağıb. Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31