Məhkumlara "elektron qolbaq"lar vasitəsilə nəzarət ediləcək
Dövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli Sərəncamında penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi ustiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
20 Fevral 2017 15:14 SosialSəzaların icrası zamanı elektron nəzarət vasitələri tətbiq olunacaq
Dövlət başçısının "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" 10 fevral 2017-ci il tarixli Sərəncamında penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi ustiqamətində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Sərəncama əsasən Ədliyyə Nazirliyi tərəfindən bu məqsədlə Probasiya xidməti yaradılacaq. Xidmətin başlıca vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasıdır. Probasiya termininin latıncadan tərcüməsi sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad olunması mənasında istifadə edilir. Xatırladaq ki, Probasiya institutu əksər Qərb ölkələrinin, İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət mühakimə sistemlərinin mühüm tərkib hissəsidir. Bundan başqa, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı elektron nəzarət vasitələri tətbiq olunacaq. Müasir dövrdə texnoloji nailiyyətlər insanı həbs etmədən onun davranışına tam nəzarəti həyata keçirməyə imkan verir və dünyanın bir sıra ölkələrində penitensiar sahədə elektron nəzarət sistemləri geniş tətbiq edilir. Elektron nəzarət vasitələrinin tətbiqi - məhkumun və ya təqsirləndirilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə və onun yerdəyişmələrini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir.
Ədliyyə Nazirliyindən verilən məlumata görə, ölkədə aparılan hüquq islahatları çərçivəsində ədliyyə, xüsusilə penitensiar sistemin inkişafı, cəza-icra mexanizmlərinin təkmilləşdirilməsi sahəsində strateji prioritetləri müəyyən edən proqram xarakterli Sərəncam müstəsna əhəmiyyətə malikdir. Bu mühüm sənədin dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayandığını daim bəyan edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin humanist siyasətinin, insan hüquqlarının daha etibarlı təmin olunmasına qayğılı münasibətinin təzahürüdür. Dövlətimiz cəmiyyətin həssas qruplarına daxil olan məhkumların hüquqlarının qorunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, saxlanma şəraitinin, tibbi və digər təminatlarının yaxşılaşdırılması, onların azad cəmiyyətə tam hüquqlu üzv kimi qayıdışı, sosial reabilitasiyası məqsədilə ardıcıl tədbirlər görür. Təqsirləndirilən şəxslərin və məhkumların yaşayış yerlərinə yaxın ərazilərdə cəza çəkməsi üçün paytaxtımızda və respublikanın müxtəlif regionlarında yeni penitensiar komplekslər inşa olunaraq istifadəyə verilir. Həmçinin, bu sahədə şəffaflığa xüsusi önəm verilərək səmərəli ictimai iştirakçılıq, o cümlədən məhkumların cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasında geniş tətbiq olunur. Məlumatda bildirilib ki, Ali Məhkəmə tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə təcrübəsi ümumiləşdirilib və əhatəli qərar qəbul edilib, məhkəmələrə bu məsələyə həssaslıqla yanaşılması, bu zaman İnsan hüquqları üzrə Avropa Konvensiyası və Avropa Məhkəməsinin presedentlərinin nəzərə alınması, cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müstəsna hallarda həbsin yalnız digər alternativ tədbirlər mümkün olmadığı halda tətbiqi tövsiyə edilib. Lakin həyata keçirilən tədbirlərə baxmayaraq bu sahələrdə çatışmazlıqlar və həllini gözləyən problemlər qalmaqdadır. Belə ki, məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının icrası prosesində çətinliklər yaranır, həmçinin cəzanı icra edən orqan və müəssisələrdə müasir İKT-lərin imkanlarından kifayət qədər istifadə edilmir. Eyni zamanda, həbsin müstəsna qətimkan tədbiri olmasına baxmayaraq ibtidai istintaq və məhkəmə icraatı zamanı onun seçilməsinə üstünlük verilir, alternativ qətimkan tədbirlərinə lazımi diqqət yetirilmir. Dövlət başçısının Sərəncamı bu sahədə fəaliyyətin müasir dövrün tələbləri səviyyəsində qurulmasına, səmərəli idarəetmənin təşkilinə, mövcud nöqsanların aradan qaldırılmasına, korrupsiyanı istisna edən şəraitin təmin edilməsinə, müasir İKT-lərin imkanlarından geniş istifadə olunmasına xidmət etməklə kompleks institusional, qanunverici və praktiki tədbirlərin görülməsini nəzərdə tutur. Bununla bağlı Ədliyyə Nazirliyinə və digər aidiyyəti qurumlara çoxsaylı tapşırıqlar və tövsiyələr verilib. Sərəncamın icrasının təşkili üzrə görülən işlərə gəldikdə, nazirlikdən bildirilib ki, bu məqsədlə geniş işçi qrupu yaradılıb, verilən tapşırıqların vaxtında, mütəşəkkil və dürüst icrası ilə bağlı konkret tədbirlər müəyyən edilib. Eyni zamanda, penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, o cümlədən məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın qanunvericiliyə uyğun çəkilməsi və məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunması, bu sahədə korrupsiyaya şərait yaradan və digər neqativ halların, habelə ictimai işlər cəzasının formal icrası təcrübəsinin qarşısının alınması, bu və azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təmin edilməsi, cəzaçəkmə müəssisələrində mövcud istehsal sahələrinin bərpa edilməsi və yeni sahələrin yaradılması, bu fəaliyyətdə sahibkarların iştirakının stimullaşdırılması, penitensiar xidmətin yüksək peşəkar kadr korpusunun formalaşdırılması ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib. Qeyd olunub ki, bu sahədə tədbirlərin icrası barədə hər altı aydan bir ölkə Prezidentinə məlumat verilməlidir. Eyni zamanda, dövlət başçısının tapşırığına uyğun olaraq cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətlərin dekriminallaşdırılması, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəzaların səmərəliliyinin artırılması üzrə aidiyyəti göstərişlər verilib. Sərəncama əsasən müvafiq cəzaların icrasına effektiv nəzarətin təşkili məqsədilə nazirliyin Probasiya xidmətinin yaradılması ilə bağlı məsələlər müzakirə olunub. Ölkəmizdə bu yeni institutun təşviqi ilə bağlı nazirlik tərəfindən beynəlxalq təcrübə öyrənilib, o cümlədən elektron nəzarət vasitələrinin, xüsusilə "elektron qolbaq"ın ölkəmizdə tətbiqi imkanları ilə bağlı təkliflər hazırlanıb, "elektron qolbaq"ların nümunələri yaradılıb. Eyni zamanda, şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi, "Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər" informasiya sisteminin təşkili, mediasiya institutunun tətbiqi və digər qarşıda duran vəzifələrə dair konkret tədbirlər müəyyən edilib.
Alim