Kəlbəcərli seçicilərin qəbulu keçirilib
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə növbəti görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, qəbulu aparan millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, müraciətlər əsasən iş və yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, qeydiyyat, sənədləşdirmə, hüquqi yardım və s. ilə bağlı olub.
20 Fevral 2017 14:48 Sosial"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə növbəti görüş keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, qəbulu aparan millət vəkilinin nümayəndəsi Həbib Misirov bildirib ki, müraciətlər əsasən iş və yaşayış yeri ilə təmin edilmə, müalicə-müayinə, ünvanlı sosial yardımın alınması, təhsil, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, qeydiyyat, sənədləşdirmə, hüquqi yardım və s. ilə bağlı olub. Qəbula gələn seçicilərin problemləri ayrı-ayrılıqda dinlənilib , onları narahat edən məsələlərin həlli istiqamətində müvafiq işlərin görüləcəyini bildirilib. Qeyd olunub ki, bütün qaldırılan məsələlər diqqət mərkəzində olacaq, aidiyyatı orqanlara sorğular göndəriləcək. Seçicilərin bir qisminin ərizələri baxılması üçün aidiyyəti orqanlara göndərilməsi qərara alınıb. Müraciət edən bəzi seçicilərin problemləri yerindəcə həll edilib. Ümumilikdə qəbulda 37 nəfər seçici iştirak edib.