ABŞ-Rusiya münasibətləri bundan sonra necə olacaq?
Donald Trampın Birləşmiş Ştatların 45-ci prezidenti seçilməsindən sonra gündəmin əsas suallarından biri Vaşinqtonla Moskvanın bundan sonra münasibətlərinin necə olacağı ilə bağlı idi. Hətta beynəlxalq analitiklər də bu mövzuda qəti bir proqnoz səsləndirməyə çətinlik çəkirdilər. Təbii ki, hər iki ölkənin yüksək rütbəli hərbi rəsmilərinin ötən həftə Bakıda keçirdiyi məlum görüşə qədər. Məhz Bakı görüşü bir çox mətləblərə, eləcə də Vaşinqton-Moskva münasibətlərinin gələcək taleyinə demək olar ki, aydınlıq gətirdi. Belə anlaşıldı ki, yeni Ağ Ev admnistrasiyası Kremllə sərinləşən münasibətləri bir qədər istiləşdirməyi düşünür. Məhz Bskı görüşü belə deməyə əsas verir.
20 Fevral 2017 15:09 DünyaVaşinqtonla Moskva arasında ciddi gərginlik gözlənilmir
Donald Trampın Birləşmiş Ştatların 45-ci prezidenti seçilməsindən sonra gündəmin əsas suallarından biri Vaşinqtonla Moskvanın bundan sonra münasibətlərinin necə olacağı ilə bağlı idi. Hətta beynəlxalq analitiklər də bu mövzuda qəti bir proqnoz səsləndirməyə çətinlik çəkirdilər. Təbii ki, hər iki ölkənin yüksək rütbəli hərbi rəsmilərinin ötən həftə Bakıda keçirdiyi məlum görüşə qədər. Məhz Bakı görüşü bir çox mətləblərə, eləcə də Vaşinqton-Moskva münasibətlərinin gələcək taleyinə demək olar ki, aydınlıq gətirdi. Belə anlaşıldı ki, yeni Ağ Ev admnistrasiyası Kremllə sərinləşən münasibətləri bir qədər istiləşdirməyi düşünür. Məhz Bskı görüşü belə deməyə əsas verir.
Politoloq Nazim Cəfərsoy da hesab edir ki, bundan sonra Birləşmiş Ştatlar-Rusiya münasibətlərində çox böyük və davamlı bir böhran olma ehtimalı zəifdir. Onun sözlərinə görə, son 30 ildə amerikalıların qəbul etdiyi xarici siyasət qərarlarını və seçilən prezidentlərin gedərək zəifləyən profillərini görüncə, Amerikan strateji ağlının qürub etməyə üz tutduğunun fərqinə varılır: "Eyni şəkildə Putin hakimiyyəti və Rus strateji aglı da rasionallığı itirməzsə, Birləşmiş Ştatlarla böyük bir böhran olma ehtimalı zəifdir. 17 illik Putin hakimiyyəti dövründə Rusiyanın Birləşmiş Ştatlarla münasibətlərdəki siyasi kursu öz maraqları baxımından rasionallıqdan uzaqlaşmadığını göstərməkdədir. Bu rasionallıq ən çox Ukrayna prossesində zərər gördü, Hazırda Rusiya bu mərhələni aşmaga çalışir, ancaq asan olmur. İndiki şərtlərdə məsələnin kuliminasiya mərhələsi geridə qalıb". Politoloq deyib ki, Birləşmiş Ştatlar-Rusiya münasibətlərində önümüzdəki bir neçe ay baş verəcəklər tərəflərin bir- birinə qarşı psixoloji üstünlük əldə etmə manevrləridir. Onun sözlərinə görə, xüsusilə bu prosesdə Birləşmiş Ştatlarda müxtəlif amillərin ( seşkidə Rusiya barmağı, Flinnin istefası, Obamanın hakimiyyətin son həftələrində Rusiya ilə münasibətləri daha da pisləşdirməsi və s.)- təzyiqi altında qalan Tramp hakimiyyətinin daha aktiv və sərt mesajlar verməsi də gözləniləndir: "Rusiya tərəfi də bunlara cavab verəcək. Ancaq ümumən proses nəzarətli və nisbi gərginlik həddində davam edə bilər. Sonradan isə əməkdaşlıq konteksinin daha da güclənməsi mümkündür. Bu nəzarət və tənzimləyici gərginlik prossesində iki ölkə arasında əməkdaşlıq Suriya, dini radikalizm, strateji silahlar və s. məsələlər ətrafında davam edəcək". Nazim Cəfərsoy qeyd edib ki, Ukrayna iki ölkə arasında böyük kriz olma potensialından çıxaraq daha çox Gürcüstan nümunəsinə bənzəyir: "Bu ərəfədə Ukrayna üzərindən atışmalar da konyukturanın nəticəsidir və inkişaf ehtimali zəifdir. "Tramp admistrasiyası Rusiyaya sanksiyaları ləgv etmədi, və ya yumsaltmadi" deyənlərə isə cavab olaraq bildirmək istəyirəm ki, hər bir dövlət alver edəcəyi qarşı tərəfi zəiflədərək alver etmək istəyər. Donald Tramp da yuxarıda qeyd etdiyim başqa amillərlə birlikdə bunu nəzərə alır. Digər tərəfdən sanksiya məsələsi Birləşmiş Ştatlar-Rusiya münasibətlərində əməkdaşlığa maneçilik törətmir. Məsələn ABŞ təxminən 40 ildir ki, keçmiş SSRİ və onun varisi Rusiyaya qarşı Cekson-Venik sanksiyasını tətbiq edir. Ötən müddət ərzində
ən Qərbçi Rusiya hakimiyyətləri dövründə belə Vaşinqton bunu ləğv etmədi. Ancaq bunun müqabilində tərəflər arasında əməkdaşlıqlar davam etdi". Politoloq onu da diqqət çatdırıb ki, Qərb dünyası öz içərsində bu aralar ikinci dünya müharibəsindən sonrakı ən ciddi problemini yâsayır: "Bəlkə də bunu bir az De Qoll Fransasının yaratdığı problemə bənzətmək olar. Ancaq hesab edirəm ki, vəziyyət daha da ciddidir. Belə ki, Britaniya Avropa Birliyindən çıxma qərarı verib. Qərb dünyasının lideri olan Birləşmiş Ştatlarda Avropa Birliyinə ənənəvi qaydada önəm verməyən biri prezident oldu. Bu arada Avropa Birliyinin nümayəndəsi Moqerini Atlantikin digər sahilinin yalnız Birləşmiş Ştatlardan ibarət olmadığını elan edir. Həmçinin bu arada Almaniya və Fransanın Rusiya ilə münasibətləri də kifayət qədər diqqət cəlb edir. Qərb dünyası mübahisəsiz üstünlüyə malik olduğu dəyərlər və iqtisadi rifah baxımından eroziyaya uğramaqdadır. Qərb dəyərləri, xüsusən xarici siyasətdə strateji maraqların vasitəsinə çevrilməsi səbəbiylə ciddi böhran yaşamaqdadır. Daxili siyasətdə isə populist və Qərbdəki mütərəqqi dəyərlərə meydan oxuyan siyasi liderlər və partiyalar yüksəlişdədir. Qərdəki strateqlər isə bu vəziyyətə dair narahatçılıqlarını daha yüksək səslə və sıx formada vurğulayırlar". Politoloq deyib ki, mövcud vəziyyəti Qərb üçün çətinləşdirən ən mühüm məqamlardan biri də Çin amilinin yüksəlişdə olmasıdır. Nazim Cəfərsoy deyib ki, Rusiyanın bu fürsəti qaçırmadığı və strateji maraqlar baxımından radikal gedişlər etdiyi də diqqətdən qaçmır: "Çin və Rusiya ilə müqayisədə isə Qərb daha çox özünü yeniləyə bilir və problemi həll etmək üçün daha çox texniki, iqtisadi və siyasi imkanlara malikdir. Ancaq Qərb dünyasının bu problemi necə hell edecəyini indiden söyləmək bir qədər çətindir"
Füzuli