Sumqayıtda müəllimlərin əmək haqqına kim göz dikib?

Prezident İlham Əliyev tərəfindən əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri kimi müəllimlərin əmək haqlarının artırılmasına xidmət edən diaqnostik qiymətləndirmə layihəsini göstərmək olar ki, nəticə etibarilə onların əmək haqqında köklü dəyişiklilklər baş verir. Təəssüf ki, bəzi hallarda nəinki ölkədə həyata keçirilən sosial siyasət istiqamətləri nəzərə alınmır, əksinə heş bir əsas olmadan müəllimlərin qanuni əmək haqların “göz dikilir”.

İnklüziv təhsil üzrə müəllimlərin 4 aylıq əmək haqqı verilmir

Prezident İlham Əliyev tərəfindən əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri kimi müəllimlərin əmək haqlarının artırılmasına xidmət edən diaqnostik qiymətləndirmə layihəsini göstərmək olar ki, nəticə etibarilə onların əmək haqqında köklü dəyişiklilklər baş verir. Təəssüf ki, bəzi hallarda nəinki ölkədə həyata keçirilən sosial siyasət istiqamətləri nəzərə alınmır, əksinə heş bir əsas olmadan müəllimlərin qanuni əmək haqların "göz dikilir". Redaksiyamıza Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin inklüziv təhsil üzrə müəllimləri tərəfindən ünvanlanan şikayət məktubunda da analoji problem qabardılıb. Məktubda bildirilir ki, Təhsil Nazirliyi tərəfindən döbvlət başçısının sərəncamlarına, tapşırıq və göstərişlərinə biganə yanaşılır. Ölkə qanunlarına məhəl qoyulmadığından müəllimlərin əmək və digər hüquqları kobud şəkildə pozulur. Məhz belə laqeyid münasibətin nəticəsidir ki, Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin inklüziv təhsil üzrə müəllimləri 4 aydır ki, əmək haqlarını ala bilmirlər. Şikayət məktubunda  göstərilir ki, Sumqayıt şəhərində inklüziv təhsil pilot layihə kimi 2005-ci ildən 11 №li tam orta məktəbdə tətbiq edilir. Şikayəti imzalayan müəllimlər bu layihəyə müddətsiz müqavilə ilə  işə qəbul ediliblər və bu günə kimi də əmək münasibətləri davam edir. Şikayət müəllifləri qeyd edirlər ki, 2016-cı ildən başlayaraq Təhsil Nazirliyinin yüksək çinli məmurlarının inklüziv layihə müddətinin 8 il əvvəl, 2009-cu ildən bitməsini iddia etmələri çox gülüncdür: "İnklüziv layihənin müddəti 2009-cu ildə bitmişdisə, cənab nazir Mikayıl Cabbarov 2013-cü ldən təhsil naziri təyin olunandan sonra inklüziv layihəyə 8 nəfər yeni işçi kimi necə qəbul edilib?  Məlumat üçün bildirək ki, Ümummilli lider Heydər Əliyevin Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə inklüziv təhsil müstəsna əhəmiyyətə malik məsələlərdən olmuşdur. "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (inklüziv təhsil) haqqında" AR Qanunu da məhz 2001-ci ildə qəbul edilmişdir. Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı Prezident İlham Əliyev cənabları da xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkilinə əlverişli zəmin yaratmışdır. Prezident İlham Əliyev cənablarının 29.12.2012-ci il tarixli 800 №-li Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında xüsusi qayğıya ehtiyacı olan, sağlamlıq imkanları məhdud uşaqlar üçün müxtəlif inkişafetdirici və inklüziv təhsil proqramların tətbiqi göstərilmişdir.Həmçinin, Prezident İlham Əliyev Cənablarının 24.10.2013, 19.01.2015-ci il tarixli 13 №-li və 995 №-li Sərəncamları əsasında "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planları hazırlanıb. Hər 2 fəaliyyət planlarında inklüziv təhsilə xüsusi önəm verilib. 2015-ci il tarixli Fəaliyyət planının 1.4 bəndi 2015-2023-cü illərdə inklüziv təhsilinin inkişafı üçün dövlət proqramının təsdiqi, maliyyə vəsaitinin ayrılması xüsusi qeyd edilib. Belə halda, Təhsil Nazirliyinin bəzi məmurlarının AR Prezidentinin Fərman və Sərəncamlarını nəzərə almadan   Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə gah layihə müddətinin bitməsini, gah da  ştatların qanunsuz artırılmasını iddia edib 4 aylıq əmək haqqı borclarımızı da ödəməməsi ən azından özbaşınalıqdır". Şikayət müəllifləri bildirirlər ki,  2009-cu ildən 2016-cı ilin sentyabr ayına kimi-7 il ərzində işləyib əmək haqqı alıblar. Ştatlar qanunsuz olubsa və ya layihənin müddəti bitmişdisə nə üçün büdcədən müəllimlərə maaş ayrılırdı? Axı, büdcə təşkilatlarının ştat cədvəlləri hər il maliyyə nazirliyində qeydiyyatdan keçirilir və təsdiq edilir. Hər hansı bir qanunsuzluq var idisə büdcə xərclərnə nəzarət edən və birbaşa cavabdeh olan maliyyə orqanları bunu vaxtında aşkar edərdilər. Təhsil Nazirliyi  layihə ilə bağlı hər hansı qanun pozuntusu aşkar edibsə cavabdehlərin məsuliyyətə cəlb olunması Baş Prokurorluğa müraciət etmək yerinə müəllimlərin 4 aylıq əmək haqlarını ödəmir: "Ehtimal edirik ki, inklüziv layihənin tətbiqi üçün ayrılan maliyyə vəsaiti talan edən bir qrup məmur  bu qanunsuz  hərəkətlərini ört-basdır etmək üçün "çıxış yolu"nu  bizi işdən çıxarmaqda, layihəni bağlamaqda görürlər. Biz qanuni qaydada işə qəbul edilmişik. Bizimlə elekton sistemə işlənmiş müddətsiz əmək müqavilələri var. Layihənin bağlanması barədə Nazirlər Kabinetinin hər hansı bir qərarı yoxdur. Bu günə kimi bizimlə əmək münasibətləri davam etdirilirsə əmək haqlarımız da ödənilməlidir. Lakin Təhsil Nazirliyi "ağına-bozuna" baxmadan bütün hüquqlarımızı  pozur, maaşımızı ödəmir. Problemlə bağlı təhsil nazirliyinə dəfələrlə rəsmi müracətlər etmişik. Problemin həlli bir yana qalsın müraciətlərimiz belə cavablandırılmır". Şikayət müəllifləri Azərbaycan Respublikasının Prezident İlham Əliyev cənablarına,  Azərbaycan  Respublikasının birinci xanımı Mehriban Əliyeva, maliyyə naziri  Samir Şərifov, Əmək və əhalinin sosial müdafiəsi naziri  Səlim Müslümov, İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova,    Həmkarlar İttifaqları Konfederasının sədri  Səttar Mehbalıyevə  müraciət edərək xahiş edirlər ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidenti Möhtərəm İlham Əliyev cənablarının çağırışlarına və  mövcud qanunvericiliyin tələblərinə riayət olunaraq 4 aylıq əmək haqqı borclarun ödənilməsi, eyni zamanda qanuni hüquqlarının bərpası üçün  müvafiq tədbirlər görülməsi məqsədilə müvafiq strukturlara göstəriş versinlər.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31