“Azəravtoyol” ASC-də qanvermə aksiyası keçirilib
“Azəravtoyol” ASC-də növbəti qanvermə aksiyası keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, qanvermə aksiyası 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə "Qan verməyə ayrılan bir saat vaxt, bir həyata bərabərdir!" şüarı altında baş tutub. Aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Azərbaycan Talassemiya Fedarasiyasının və Qan Donorları Assosiasiyasının təşəbbüsü ilə keçirilib.
20 Fevral 2017 14:53 Sosial"Azəravtoyol" ASC-də növbəti qanvermə aksiyası keçirilib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, qanvermə aksiyası 22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı münasibəti ilə "Qan verməyə ayrılan bir saat vaxt, bir həyata bərabərdir!" şüarı altında baş tutub. Aksiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində Azərbaycan Talassemiya Fedarasiyasının və Qan Donorları Assosiasiyasının təşəbbüsü ilə keçirilib. Aksiyada "Azəravtoyol" ASC-nin sədri Saleh Məmmədov, Cəmiyyətin Aparatının və Bakı şəhərində yerləşən tabeli təşkilatlarının əməkdaşları yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Məqsəd hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən də uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.
Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.