Gündəm
Rumıniya hökuməti “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının III iclasını dəstəkləyir
Rumıniya hökuməti “Cənub Qaz Dəhlizi” layihəsinə və bu layihə üzrə Məşvərət Şurasının qarşıdan gələn iclasına yüksək dəstəyini ifadə edib. Energetika Nazirliyindən verilən məlumata görə, Rumıniya hökuməti adından bu ölkənin energetika naziri Toma-Florin Petku tərəfindən Azərbaycanın energetika naziri Natiq Əliyevə məktub ünvanlanıb.
Dağlıq Qarabağdakı “referendumu” hansı ölkələr müşahidəçi göndərib?
“Dağlıq Qarabağda “referenduma” start verilib. Hələ ki, cəbhə bölgəsində sakitlikdir. Əslində həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi bu günə xüsusi hazırlaşmalı idilər”.
Vergilər naziri Gədəbəydə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, 24 fevral 2017-ci il tarixində vergilər naziri Fazil Məmmədov Gədəbəy rayonunda yerləşən Aşıq Məktəbində (ünvan: Gədəbəy şəhəri İbrahim Mirzəyev 2) Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək. Bu barədə nazirlikdən verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxılacaq.
Umud Rəhimoğlu: "Cocuq Mərcanlıya gənclərimizin də səfərləri təşkil olunmalıdır"
“Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından xarici jurnalistlərin, diplomatik nümayəndələrinin və beynəlxalq təşkilatların rəhbərlərinin Cocuq Mərcanlıya səfəri ölkəmiz çox böyük önəm təşkil edir”. Bunu Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Ümud Rəhimoğlu deyib.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin potensialının artırılması sahəsində görüləcək işlər müzakirə olunub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində Beynəlxalq Əmək Təşkilatının (BƏT) Moskva ofisinin eksperti Roman Litvyakovla görüş olub.
100 nəfərdən çox işsiz və işaxtaran şəxsə ailə təsərrüfatlarını qurmaları üçün aktivlər verilib
Azərbaycan Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən, aztəminatlı ailələrin özünüməşğulluğunun təmin olunması tədbirləri davam etdirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində bu günə olan məlumata əsasən, artıq 103 ailəyə fərdi təsərrüfatlarını qurmaları üçün aktivlər (mal və materiallar) alınıb verilib.
BƏYANAT: "Norveç Dağlıq Qarabağdakı "referendum"u tanımır"
Norveç beynəlxalq ictimaiyyətin digər üzvləri kimi qondarma Dağlıq Qarabağ rejiminin müstəqilliyini tanımır. Bu barədə Krallığın Feysbuk səhfəsində bildirilib. Bəyanatda, həmçinin qondarma Dağlıq Qarabağ rejiminin fevralın 20-də keçirilən "referendum"u da tanımadığı da vurğulanıb:
Ombudsman parlamentdə hesabat verəcək
Martın 7-də Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovan fəaliyyəti ilə bağlı Milli Məclisdə illik hesabat verəcək. Bu barədə Ombudsmanın mətbuat xidmətindən məluma verilib. Qeyd edək ki, bu E.Süleymanovanın Ombudsman kimi sonuncu illik hesabatı olacaq. Qanunvericiliyə görə, Ombudsman 7 il müddətinə seçilir. 2017-ci ilin mart ayında E. Süleymanovanın fəaliyyət müddəti başa çatır. O baxımdan bu, onun 7 illik səlahiyyət müddətinin sonuncu illik hesabatı olacaq.
Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” verdiyi məlumatına görə Bakıda və Abşeron yarımadasında fevralın 21-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Qətərdə müsəlman ölkələrin hüquq müdafiəçilərinin zirvə toplantısı keçirilib
Fevralın 20-də Qətərin paytaxtı Doha şəhərində "Ərəb coğrafiyasındakı mövcud konfliktlərdə insan haqlarının durumu" mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. “OLAYLAR”-ın xəbərinə görə, iki gün davam edəcək beynəlxalq konfransa dünyanın bütün müsəlman ölkələrindən 500-ə yaxın hüquq müdafiəçisi və ombudsmanlar, dövlət və hökumət rəsmiləri, habelə diplomatik korpusun nümayəndələri qatılıblar.
“Soyqırım muzeyi” kitabının təqdimatı da keçiriləcək
Respublika Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırım Muzeyində Xocalı Soyqırımının iyirmi beşinci ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirəcək. Bu barədə məlumat “OLAYLAR”-a Milli Qeyri-Hökumət Təşkilatları Forumundan daxil olub. Bildirilib ki, konfrans Azərbaycan Respublikası Hərbi Prokurorluğu və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu ilə birgə təşkil olunacaq. Konfrans zamanı həmçinin “Soyqırım muzeyi” kitabının təqdimatı da keçiriləcək.
6 avtomobil qarət edənin qolları qandallandı
Cəlilabadda 6 avtomobili qarət edən şəxs yaxalanıb. “Olaylar” DİN-in saytına istinadən verdiyi xəbərə görə, Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 7-dən 24-dək olan rayonda 6 avtomobildən qabaq işıqlandırıcılar, akkumulyator və maqnitofon oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. Onun Cəlilabad şəhər sakini Mirsadiq Əhmədov olduğu müəyyən edilib.
Bir ailə dəm qazından zəhərləndi
Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, fevralın 20-də Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan Heydər Seyidovun evində özü, anası Vəsilə, qardaşı Elmar, bacısı Pərvanə, arvadı Xatirə, azyaşlı oğlu İbrahim dəm qazından zəhərləniblər. Nəticədə H.Seyidov ölüb, digərləri xəstəxanaya yerləşdiriliblər.
AVCİYA-nın "Xocalı yaddaşı” kitabı işıq üzü görüb
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “1905.az” portalının “1905.az kitabı” seriyasından ikinci nəşri – “Xocalı yaddaşı” kitabı işıq üzü görüb.
Monteneqro prokuroru Rusiyanın bəzi strukturlarının dövlət çevirilişinə cəhddə ittiham edib
Monteneqro rəsmiləri Rusiyanın bəzi strukturlarına qarşı ağır ittiham səsləndiriblər. Bu barədə məlumatı “RİA Novosti” Monteneqronun xüsusi prokuroru Milivoe Katniçə istinadən yayıb.














