Gündəm

Həkimlərin təkmilləşdirmə və ixtisasartırma kurslarında təhsil müddətinə görə əlavə haqq verilməsi ləğv edilib

20 Fevral 2017 14:04

İxtisası üzrə təkmilləşdirmə və ya ixtisasartırma kurslarında, eləcə də “cüzam” profili üzrə klinik ordinaturada təhsil müddəti səhiyyə işçilərinin  fasiləsiz əmək stajına daxil edilməyəcək.

Prezident: “Azərbaycan-Qətər əlaqələri mümkün qədər çox sahəni əhatə etməlidir” - YENİLƏNİB

20 Fevral 2017 14:02

Azərbaycan prezidenti İlham Əliyev Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadini qəbul edib.

Doğum evlərinin statusu dəyişdiriləcək

20 Fevral 2017 13:55

Azərbaycanda fəaliyyət göstərən doğum evlərinin statusu dəyişdiriləcək. Səhiyyə Nazirliyinin Doğuşayaradım Komissiyasının sədri, baş mama-ginekoloq Sevinc Məmmədov bildirib ki, bu proses Bakının iri tibb müəssisələrini əhatə edəcək.

Deputat: “Konstitusiya referendumu ermənilərin növbəti təxəyyülüdür”

20 Fevral 2017 13:53

İşğal olunmuş Azərbaycan torpaqlarında  keçirmək istədikləri “referendum”  ermənilərin növbəti avantürası və təlxəyliyidir. Bunu deyən  Milli Məclisin Müdafiə, təhlükəsizlik, korrupsiya ilə mübarizə komitəsinin üzvü ElmanMəmmədovun sözlərinə görə, bu separatçı rejim heç bir beynəxlaq təşkilat və dövlət tərəfindən tanınmadığından, onların bu hərəkətləri də qeyri-qanunidir: “Bu gün bu ərazilər işğal altında olduğundan Azərbaycan ancaq beynəlxalq təşkilatlar və ya bu münaqişənin həllində vasitəçilik missiyasını üzərinə götürən  ATƏT-in Minks qrupu vasitəsi ilə  onlara təsir edə bilər. Təəssüf ki, adıçəkilən bu təşkilatlar da  baş verən proseslərə seyrçi mövqe nümayiş etdirir, Ermənistanın  və cinayətkar qurumun  cinayət xarakterli  hərəkətlərinə dəstək verir, onları himayə edir”.

Səhiyyə Nazirliyində korrupsiyaya qarşı mübarizə

20 Fevral 2017 13:49

Səhiyyə Nazirliyində “Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə” əmr Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 05.01.2017-ci il tarixli 2/11 nömrəli tapşırığına əsasən imzalanıb.

Respublikanın çaylarında mövcud vəziyyət

20 Fevral 2017 13:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a  verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 200-210, Lənkəran-Astara bölgəsi çaylarında isə  60-110  faizini təşkil edir.

Prokuror Elnarə Tofiqqızının vəfat etdiyi klinikanın sahibinə cəza istəyib

20 Fevral 2017 13:46

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Medi Sina” klinikasının sahibi, dələduzluqda təqsirləndirilən Muğdət Həşimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, M. Həşimovun cinayətinin məhkəmə istintaqı zamanı da sübuta yetirildiyini deyib. O, M. Həşimova 11 illik həbs cəzası verilməsini istəyib. Vəkil çıxış üçün məhkəmədən vaxt istəyib.

İran XİN: Dağlıq Qarabağda referendum keçirilməsi qəbuledilməzdir

20 Fevral 2017 13:44

“Dağlıq Qarabağda referendum keçirilməsi yersiz və bəyənilməz bir işdir”. İran Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasimi deyib.

Müxalifət partiyasının lideri istefa verdi

20 Fevral 2017 13:41

Ermənistanda müxalifətdə olan "İrs" Partiyasının liderlərindən biri, deputat Zarui Postancanyan istefa verib. O, bu haqda Facebook səhifəsində yazıb.

İstanbulda "Uşaqların Gözü İlə Xocalı

20 Fevral 2017 13:40

Fevral ayının 21 də Türkiyənin İstanbul şəhərində yerləşən Dəniz Müzeyində "Uşaqların Gözü İlə Xocalı " rəsim sərgisinin açılışı olacaq. Sərginin hazırlanması və təşkilində Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun və İstanbulda yaşayan Azərbaycanın Əməkdar İncəsənət xadimi Rafiq Əzizovun, Aəzrbaycanlı ziyalıların əməyi böyükdü.

Nazir vətəndaşları qəbul edəcək

20 Fevral 2017 13:37

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov 23 fevral 2017-ci il tarixində saat 10:00-da Kürdəmir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində  Kürdəmir, Şamaxı, Ağsu, Qobustan, Göyçay və Ucar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək. 

The Hill: "Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın yeni administrasiyası üçün prioritet olmalıdır"

20 Fevral 2017 13:35

İlin əvvəlindən sadəcə bir neçə həftə keçməsinə baxmayaraq bu il dünya geosiyasətində zəngin olacağını vəd edir. Bu, Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayevin ABŞ-ın "The Hill" nəşrində dərc olunan məqaləsində yer alıb.

Kiçik çillə çıxdı - Novruz çərşənbələri başlayır

20 Fevral 2017 13:33

Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, bu gün "qışın oğlan çağı" - kiçik çillə çıxır.

Ebru Gündeşin konsertindəki BU DETAL yeni müzakirə başlatdı

20 Fevral 2017 13:31

Müğənni Ebru Gündeş konsertindən çəkilmiş bir fotonu sosial şəbəkə hesabından paylaşıb. Bir müddət əvvəl ABŞ-da həbsdə olan həyat yoldaşı Rza Zərrabla barışdığı deyilən Gündeşin evlilik üzüyünü taxmadığı görünüb. Ayrılıq qərarından imtina etməsinə baxmayaraq evlilik üzüyünü çıxaran Gündeşin bu addımı ağıllara "yenidən boşanma qərarımı aldı?" sualını gətirir.

İğdırda dəhşətli qəza – Ölənlərdən 5-i Naxçıvan sakinidir – SON DƏQİQƏ XƏBƏRİ

20 Fevral 2017 13:28

İğdırla Naxçıvan arasındakı sərhəd qapısı Dilucu istiqamətində “İğrıdlı” Turizm Firmasına məxsus sərnişin avtobusu ilə “Metro” Turizm Firmasının avtobusu üz-üzə gələrək toqquşublar.