Gündəm

Xocalı faciəsi Azərbaycan gəncliyinin həyatında ağır xatirə kimi yadda qalıb 

20 Fevral 2017 13:27

“Artıq 25 ildir ki, Azərbaycan dünya ictimaiyyətinə Xocalı soyqırımının tanınması üçün səslənir. Bu faciə günahsız insanların – uşaqların, gənclərin, qadınların, ahıl qocaların bir an içində yox olmasına səbəb olub. Hesab edirəm ki, 25 il öncə baş vermiş bu faciə Azərbaycan xalqının, habelə müasir gəncliyimizin həyatında ağır xatirə kimi yadda qalıb”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov səsləndirib.

“Azərbaycan Prezidentinin səyləri dünyada yeni təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayır”  

20 Fevral 2017 13:25

Münxendə keçirilən 53-cü təhlükəsizlik konfransı ənənəvi olaraq dünyanı narahat edən məsələlərin müzakirəsinə həsr olunub. Əsas müzakirə edilən məsələlər NATO və Avropa Birliyinin gələcəyi, Qərb və Rusiya arasında olan münasibətlər, Suriyada müharibə, terrorçuluqla mübarizə, Ukraynada böhran, Asiya-Sakit Okean regionunun problemləri və s olub.

""Referendum" keçirilməsini görməmək beynəlxalq təşkilatların nüfuzuna xələl gətirəcək"

20 Fevral 2017 13:23

Bəzi beynəlxalq təşkilatlar erməni separatçılarının təxribatlarına göz yumurlar. Bu barədə  millət vəkili Aydın Mirzəzadə deyib.

Nigar Arpadarai: “İşlərimiz tam sürətlə davam edir”

20 Fevral 2017 13:17

“Bu gündən Formula 1 Azərbaycan Qran Prisinin mətbuat nümayəndələrinin akkreditasiya prosesi başlayıb. Bununla bağlı təşkil olunmuş tədbirdə media nümayəndələrinə qeydiyyat barədə ətraflı məlumat verilib. Həmçinin jurnalistlərə media bələdçiləri də paylanılıb”. Bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.

Sosial şəbəkələrdə Xocalı faciəsi ilə bağlı məlumatlar yayılacaq

20 Fevral 2017 13:15

Xocalı faciəsinin 25-ci ildönümü ərəfəsində Gənclər Təşkilatları Milli Şurasının həyata keçirdiyi fəaliyyətlər çərçivəsində sosial şəbəkələrdə əvvəlcədən razılaşdırılmış qaydada və müasir təbliğat alətlərdən istifadə edərək məlumatların yayılması nəzərdə tutulub. Bu barədə məlumat “OLAYLAR”-a Milli Şuradan verilib.

Milli-mənəvi dəyərlərimizdə vəhdət prinsipi

20 Fevral 2017 13:13

Qax rayonunda Qax “ Şəhər” məscidi dini icmasının dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirdiyi “İslamda birgəyaşayış ənənəsi” adlı layihənin “Milli-mənəvi dəyərlərimizdə vəhdət prinsipi” adlı maarifləndirmə tədbiri keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, QMİ-nin rayon üzrə səlahiyyətli nümayəndəsi, eyni zamanda Qax “ Şəhər” məscidi dini icmasının sədri Hacı Əsgərov və dindarlar iştirak ediblər. Tədbiridə milli-mənəvi dəyərlərimiz, birgəyaşayış mühiti haqqında geniş məlumat verilib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov çıxışında Azərbaycan xalqının milli-mənəvi dəyərləri haqqında danışıb və bu dəyərlərin insanlar arasında vəhdəti necə formalaşdırdığını, həmçinin milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasının əhəmiyyətli olduğunu vurğulayıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Avstraliyada Xocalı soyqırımı yad ediləcək

20 Fevral 2017 13:12

Demokratik İslahatlar Partiyasının sədri,  Milli Məclisin deputatı Asim Mollazadə həmkarı  Xanlar Fətiyevlə birlikdə Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün  Avstraliyaya gedib.

Nazirlikdən Filarmoniya direktorunun cinayət işiylə bağlı AÇIQLAMA

20 Fevral 2017 13:06

Mədəniyyət və Turizm Nazirliyi Gəncə Dövlət Filarmoniyasının direktoru Gülçin Mirzəyevaya qarşı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması faktına münasibət bildirib.

Arif Babayev üçün özəl gün

20 Fevral 2017 13:04

Bu gün xalq artisti Arif Babayevin ad günüdür. Muğam ifaçısının 79 yaşı tamam olur. 

"Əsas təhlükə 14-16 yaşlı uşaqlarla bağlıdır" - Nazirlik

20 Fevral 2017 13:02

Azərbaycanda uşaqların tütünçəkmə kimi zərərli vərdişlərə yiyələnməsinin qarşısını almaq üçün kompleks işlər aparılmalıdır. Bunu  Səhiyyə Nazirliyinin Sağlam həyat tərzi üzrə milli koordinatoruAzad Hacıyev bildirib.

Polis ukraynalı qadınları ölkəyə əxlaqsızlıq üçün göndərən "təşkilat"ı çökdürdü

20 Fevral 2017 12:59

Polis Ukraynanın paytaxtı Kievdən Türkiyəyə əxlaqsızlıq üçün qadın göndərən "təşkilat"ı çökdürüb. İki qadının qurduğu təşkilat Türkiyəyə yaşı 30-dan az olan qadınları göndəribmiş.

Həyat yoldaşını yatağında başqasıyla tutdu: 20 gün sonra... - VİDEO - FOTO

20 Fevral 2017 12:48

Türkiyənin Anadolu bölgəsinin Afyonkarahisar ərazisində dəhşətli qətl hadisəsi baş verib. 31 yaşlı həyat yoldaşı Vural Şentürkü başqa bir qadınla öz yatağında tutan 29 yaşlı Cemile Şentürk 20 gün sonra əri tərəfindən öldürülüb.

Evə girən şəxslər 85 yaşlı kişini öldürmək istədilər

20 Fevral 2017 12:46

Ağdam rayonunda evə girən şəxslər 85 yaşlı kişini öldürmək istəyiblər. Hadisə fevralın 4-də rayonun Quzanlı qəsəbəsində baş verib.  Belə ki, həmin qəsəbənin sakini 85 yaşlı Yasin Abbasovun evinə quldurluq yolu ilə girən naməlum şəxslər ev sahibini yerə yıxaraq əlləri ilə boğmaq istəyiblər. Lakin bu zaman səs-küy yarandığından hadisə yerini tərk ediblər. 

"Azərbaycanda korrupsiyaya qarşı mübarizə yüksək səviyyədə aparılır"

20 Fevral 2017 12:39

Azərbaycanda korrupsiyaya qarşı mübarizə tədbirləri yüksək səviyyədə aparılır.  Bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndəsi Tatyana Xvanska deyib. Onun sözlərinə görə, ölkədə korrupsiyaya qarşı mübarizə aparmaq üçün lazımi şərait yaradılıb: "Azərbaycanda korrupsiyaya qarşı tədbirlər aparmaq üçün təkcə dövlət qurumları deyil, içtimaiyyət nümayəndələri də çalışmalıdır.