Nigar Arpadarai: “İşlərimiz tam sürətlə davam edir”

“Bu gündən Formula 1 Azərbaycan Qran Prisinin mətbuat nümayəndələrinin akkreditasiya prosesi başlayıb. Bununla bağlı təşkil olunmuş tədbirdə media nümayəndələrinə qeydiyyat barədə ətraflı məlumat verilib. Həmçinin jurnalistlərə media bələdçiləri də paylanılıb”. Bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.

"Bu gündən Formula 1 Azərbaycan Qran Prisinin mətbuat nümayəndələrinin akkreditasiya prosesi başlayıb. Bununla bağlı təşkil olunmuş tədbirdə media nümayəndələrinə qeydiyyat barədə ətraflı məlumat verilib. Həmçinin jurnalistlərə media bələdçiləri də paylanılıb". Bunu "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.

Akkreditasiya prosesinə martın 31-də yekun vurulacağını bildirən departament rəhbəri ötən mövsüm ilə müqayisədə bu ilki yarışa qeydiyyat müddətinin daha uzun olduğunu diqqətə çatdırıb.

O, yarışın biletlərinin sürətlə satıldığını qeyd edib: "Satılan biletlərin 60 faizi Rusiyadan alınıb. Bilet satışı üzrə onluğa daxil olan ölkələr siyahısında Rusiya, Böyük Britaniya, Ukrayna, Gürcüstan, Azərbaycan, Ərəb ölkələri liderdir. Artıq biletlər 40-dan çox ölkədə satılıb. Sevindirici haldır ki, bu ilki Qran Priyə Azərbaycan vətəndaşları daha çox maraq göstərirlər. Onlar satış nöqtələri ilə yanaşı, onlayn qaydada da bilet əldə edirlər. Biz azərbaycanlı azarkeşlər üçün yeni kampaniya elan etmişik".

Onun sözlərinə görə, trekin əsas işləri may ayında başlayacaq: "Tribuna və təhlükəsizlik baryerləri may ayında qurulacaq. Hazırda işlərimiz tam sürətlə davam edir".

N.Arpadarai bu il yarışın əcnəbi ulduz səfirinin olmayacağını bildirib. O, bir neçə tanınmış şəxslə müqavilə əsasında təbliğat qurulacağını qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31