Avstraliyada Xocalı soyqırımı yad ediləcək

Demokratik İslahatlar Partiyasının sədri,  Milli Məclisin deputatı Asim Mollazadə həmkarı  Xanlar Fətiyevlə birlikdə Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün  Avstraliyaya gedib.

Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə həmkarı  Xanlar Fətiyevlə birlikdə Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün  Avstraliyaya gedib. Bu barədə Milli Məclisdən "Olaylar"a verilən məlumata görə, Azərbaycanın Avstraliyadakı fəxri konsulunun təşəbbüsü ilə bu ölkənin Sidney, Melburn və Pert şəhərlərində keçiriləcək mərasimlərdə Xocalıda erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən kütləvi qırğın barədə məlumat veriləcək, amansızlıqla qətlə yetirilmiş günahsız insanların əziz xatirəsi ehtiramla yad ediləcək. Eyni zamanda Xocalı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması, bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində atılan addımlar, o cümlədən həyata keçirilən müxtəlif tanıtım layihələri barədə söhbət açılacaq. Toplantı iştirakçılarına Xocalı faciəsi barədə tarixi sənədlər, bu qətliamı əks etdirən fotolar təqdim olunacaq. Səfər fevralın 28-də başa çatacaq.

.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31