Milli-mənəvi dəyərlərimizdə vəhdət prinsipi

Qax rayonunda Qax “ Şəhər” məscidi dini icmasının dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirdiyi “İslamda birgəyaşayış ənənəsi” adlı layihənin “Milli-mənəvi dəyərlərimizdə vəhdət prinsipi” adlı maarifləndirmə tədbiri keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, QMİ-nin rayon üzrə səlahiyyətli nümayəndəsi, eyni zamanda Qax “ Şəhər” məscidi dini icmasının sədri Hacı Əsgərov və dindarlar iştirak ediblər. Tədbiridə milli-mənəvi dəyərlərimiz, birgəyaşayış mühiti haqqında geniş məlumat verilib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov çıxışında Azərbaycan xalqının milli-mənəvi dəyərləri haqqında danışıb və bu dəyərlərin insanlar arasında vəhdəti necə formalaşdırdığını, həmçinin milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasının əhəmiyyətli olduğunu vurğulayıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qax rayonunda Qax " Şəhər" məscidi dini icmasının dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirdiyi "İslamda birgəyaşayış ənənəsi" adlı layihənin "Milli-mənəvi dəyərlərimizdə vəhdət prinsipi" adlı maarifləndirmə tədbiri keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, QMİ-nin rayon üzrə səlahiyyətli nümayəndəsi, eyni zamanda Qax " Şəhər" məscidi dini icmasının sədri Hacı Əsgərov və dindarlar iştirak ediblər. Tədbiridə milli-mənəvi dəyərlərimiz, birgəyaşayış mühiti haqqında geniş məlumat verilib, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov çıxışında Azərbaycan xalqının milli-mənəvi dəyərləri haqqında danışıb və bu dəyərlərin insanlar arasında vəhdəti necə formalaşdırdığını, həmçinin milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasının əhəmiyyətli olduğunu vurğulayıb. Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31