Xocalı faciəsi Azərbaycan gəncliyinin həyatında ağır xatirə kimi yadda qalıb
“Artıq 25 ildir ki, Azərbaycan dünya ictimaiyyətinə Xocalı soyqırımının tanınması üçün səslənir. Bu faciə günahsız insanların – uşaqların, gənclərin, qadınların, ahıl qocaların bir an içində yox olmasına səbəb olub. Hesab edirəm ki, 25 il öncə baş vermiş bu faciə Azərbaycan xalqının, habelə müasir gəncliyimizin həyatında ağır xatirə kimi yadda qalıb”. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov səsləndirib.
20 Fevral 2017 13:27 Sosial"Artıq 25 ildir ki, Azərbaycan dünya ictimaiyyətinə Xocalı soyqırımının tanınması üçün səslənir. Bu faciə günahsız insanların - uşaqların, gənclərin, qadınların, ahıl qocaların bir an içində yox olmasına səbəb olub. Hesab edirəm ki, 25 il öncə baş vermiş bu faciə Azərbaycan xalqının, habelə müasir gəncliyimizin həyatında ağır xatirə kimi yadda qalıb". "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov səsləndirib. O, bildirib ki, soyqırımın müəllifləri və ünvanı Ermənistandır: "Xocalı soyqırımı -insanlıq əleyhinə törədilmiş ən qəddar əməllərdən biridir. Biz, Azərbaycan gəncləri və gənclər təşkilatları dünyanın müxtəlif ölkələrində yaşayan, xarici ölkələrindövlət qurumlarında, parlamentlərdə, ictimai təşkilatlarda, beynəlxalq qurumlarda, kütləvi informasiya vasitələrində çalışan və fəaliyyət göstərən həmyaşıdlarımıza və həmkarlarımıza, ədalətin pozulmasına qarşı çıxanlara müraciət edərək etiraz səsimizə səs verməyə çağırırıq. Hesab edirik ki, bizim səsimiz o fevral gecəsi səslənən səslərə qoşulacaq, hələ də girovluqda olan, lakin fiziki varlığı hər vəchlə gizlədilən ən azı bir kəsin bəlkə də azad olaraq insan kimi yaşamasına təkan verəcəkdir. Ölkənin 124 gənclər təşkilatını birləşdirən və Azərbaycan gəncliyinin səsi olan GTMŞ olaraq gənclərimizi bu etiraz səslərinə qoşularaq Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu və Milli Şura tərəfindən "Xocalıya Ədalət" Kampaniyası çərçivəsindəhəyata keçirilən fəaliyyətlərə qoşulmağa çağırırıq".