Gündəm

Pasportunu tapana 800 manat mükafat verəcək

20 Fevral 2017 12:37

Buxarestin "Dinamo" yeni transferi Rivaldinyonun başına xoşagəlməz hadisə gəlib. Məşhur braziliyalı futbolçu Rivaldonun oğlu pasportunu itirib. 21 yaşlı futbolçu verdiyi açıqlamada pasportunu tapan və ona çatdıran şəxsə mükafat verəcəyini deyib:

Türkiyədə azan xəbərdarlığı

20 Fevral 2017 12:35

Türkiyədə məscidlərə azan verilməsi ilə bağlı xəbərdarlıq edilib. Türkiyənin Dini İşlər Nazirliyi məscidlərdə yoxlamalar apararaq bəzi səs cihazlarında problemlər aşkar edib. Yoxlamalardan sonra nazirlik azanın səs yüksəkliyinin 80 desibeldən çox olmaması barədə xəbərdarlıq edib.

Deutsche Welle: "Azərbaycanın regionda sabitləşdirici qüvvə kimi təsiri artır"

20 Fevral 2017 12:34

Azərbaycan regionda sabitləşdirici qüvvə olaraq təsirinin artmasına və rəsmi Moskva ilə dostluq münasibətlərinə baxmayaraq BMT Baş Assambleyasında Ukraynanın suverenliyini dəstəkləyən layihənin lehinə səs verib.

“On min elektron kitabı Tarix İnstitutuna təqdim etməyə hazırıq”

20 Fevral 2017 12:30

“Mərkəzin kitabxanasında xeyli sayda ərəb dilində kitab, o cümlədən tarixi mənbələr var. Kitabxanamız adından on min elektron kitabı Tarix İnstitutuna təqdim etməyə hazırıq”.

Bakıdan Qərbə: "Ayılın, terrorçunu dəstəkləməyin"

20 Fevral 2017 12:14

Məşhur jurnalist aparıcısı Filip Stivens aparıcısı olduğu panel müzakirədə bu sualı verəndə zalda təəccüb yaratmışdı. Çünki onun sualı ünvanladığı şəxs Estoniya prezidenti Kersti Kalyulayd idi.

Hitlerin şəxsi telefonunu 240 min dollara aldılar

20 Fevral 2017 11:59

Adolf Hitlerə (1889-1945) məxsus telefon aparatı bazar günü ABŞ-ın Çesapik-Siti şəhərində keçirilən hərracda 240 min dollara satılıb. Bu barədə KİV-ə "Alexander Historical Auctions" hərrac evinin nümayəndəsi Andreas Kornfild məlumat verib.

Kim Çenin öldürüldüyü anlar, şübhəlilərin VİDEO və FOTOları

20 Fevral 2017 11:55

Fevralın 14-də Kuala-Lumpur aeroportunda KXDR lideri Kim Çen Inin 46 yaşlı qardaşına qarşı sui-qəsd törədilib. Həmin anın görüntüləri yayılıb. Görüntülərdə qadının onu zəhərləməsi, liderin qardaşının yerə yıxılması əks olunub.

Dəmir yolları əsaslı təmir edilir

20 Fevral 2017 11:53

Azərbaycan Dəmir Yolunun əsaslı təmiri prosesinin növbəti mərhələsi davam edir. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur. Dəmir yolunun Qarabucaq-Kürdəmir mənzilində 9 km yolun əsaslı təmirinə start verilib. Əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi Ismayıl Sadıqovn verdiyi məlumata görə, təmir işləri bir həftə davam edəcək. Artıq köhnə yolun söküntüsü və yeni yolun qoyuluşuna başlanılıb.

Düşmənə qarşı adekvat cavab tədbirləri görülüb

20 Fevral 2017 11:49

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 30 dəfə pozub.

Güləşçilərimiz dünya üçüncüsü oldu

20 Fevral 2017 11:47

İranın Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında bürünc medal qazanan yığma komandamızın üzvləri Vətənə qayıdıblar. Bu barədə məlumat “OLAYLAR”-a AGF-dən daxil olub.

Müəllimlər üçün Sosial Media Seminarı keçiriləcək

20 Fevral 2017 11:46

Paytaxtda Müəllimlər üçün Sosial Media Seminarı keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, seminar Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində təşkil edilir.

Bakıda hakim oğlunu öldürən şəxsə HÖKM OXUNDU

20 Fevral 2017 11:42

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Tərtər Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin oğlu Rüfət Allahverdiyevi avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Rəhim Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Seçkilər keçirildi, lakin prezidentsiz qaldılar

20 Fevral 2017 11:41

Bazar günü Ekvadorda prezident seçkiləri keçirilib. Seçkilərdə birinci turun nəticələrinə görə, heç bir namizəd lazım olan səs faizini toplaya bilməyib.

"Münhen konfransının nəticələri ölkəmiz üçün uğurlu hesab oluna bilər”

20 Fevral 2017 11:38

“Münhen konfransının nəticələri Azərbaycan üçün bütövlükdə uğurlu hesab oluna bilər”. Bunu  siyasi-şərhçi Elçin Mirzəbəyli deyib. Azərbaycanın mütəmadi olaraq Münhen konfranslarında iştirak etdiyini dilə gətirən siyasi-şərhçi sözügedən konfransın dünyada təhlükəsizliyin təmin olunması istiqamətində mühüm platformalardan biri olduğunu qeyd edib: “Ümumiyyətlə, Münhen konfransında çox önəmli məsələlər müzakirə edilir.