Seçkilər keçirildi, lakin prezidentsiz qaldılar
Bazar günü Ekvadorda prezident seçkiləri keçirilib. Seçkilərdə birinci turun nəticələrinə görə, heç bir namizəd lazım olan səs faizini toplaya bilməyib.
20 Fevral 2017 11:41 DünyaBazar günü Ekvadorda prezident seçkiləri keçirilib. Seçkilərdə birinci turun nəticələrinə görə, heç bir namizəd lazım olan səs faizini toplaya bilməyib.
Milli Seçki Şurasının verdiyi məlumata görə, ilk turda, hələ ki, 38,87 faiz səs çoxluğu ilə Lenin Morena liderlik edir, müxailfətin namizədi Qilermo Lasso isə 28,5 faiz səslə ikinci yerdədir.
Ekvadorun seçki qanunlarına görə, namizəd seçicilərin 40 faiz səsini toplamaqla, bununla yanaşı, yaxın rəqibini 10 faiz səs çoxluğu ilə qabaqlamaqla prezident seçilə bilər. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31