Güləşçilərimiz dünya üçüncüsü oldu

İranın Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında bürünc medal qazanan yığma komandamızın üzvləri Vətənə qayıdıblar. Bu barədə məlumat “OLAYLAR”-a AGF-dən daxil olub.

İranın Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında bürünc medal qazanan yığma komandamızın üzvləri Vətənə qayıdıblar. Bu barədə məlumat "OLAYLAR"-a AGF-dən daxil olub. Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında komandamızı AGF rəsmiləri, güləş həvəskarları, idmançıların yaxınları və media nümayəndələri qarşılayıb. Məlumat üçün bildirək ki, sərbəst güləş üzrə Dünya Kuboku yarışları 1973-cü ildən keçirilir. Azərbaycan sərbəst güləşçiləri 2 dəfə (2004 və 2009) Dünya Kubokunun sahibi olub. 2012-ci ildə ikinci, 2010, 2011, 2015 və 2017-ci illərdə isə üçüncü yerdə qərarlaşıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31