Müəllimlər üçün Sosial Media Seminarı keçiriləcək

Paytaxtda Müəllimlər üçün Sosial Media Seminarı keçiriləcək. “OLAYLAR”-ın xəbərinə görə, seminar Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Olimpiya Hərəkatı-2017” (“Olympic Moves-2017”) idman proqramı çərçivəsində təşkil edilir.

Paytaxtda Müəllimlər üçün Sosial Media Seminarı keçiriləcək. "OLAYLAR"-ın xəbərinə görə, seminar Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan "Olimpiya Hərəkatı-2017" ("Olympic Moves-2017") idman proqramı çərçivəsində təşkil edilir. Seminarın keçirilməsində əsas məqsəd sosial şəbəkələrdə ümumi təhsil məktəblərinin uğurlarının təbliğ edilməsi, yaxşı təcrübənin yayılması və sosial şəbəkələrdən düzgün istifadənin formalaşdırılması, o cümlədən məktəblərin virtual aləmdə daha fəal təmsil olunmasının təmin edilməsindən ibarətdir. Seminarda Bakı şəhərinin 12 inzibati rayonu üzrə hər məktəbdən internet resurslarını idarə edən (məktəb saytı, sosial şəbəkədəki səhifə) şəxs və bir idman müəllimi iştirak edəcək. Təlimin sonunda iştirakçılar Milli Olimpiya Komitəsi və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sertifikatla təltif olunacaqlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31