Hitlerin şəxsi telefonunu 240 min dollara aldılar

Adolf Hitlerə (1889-1945) məxsus telefon aparatı bazar günü ABŞ-ın Çesapik-Siti şəhərində keçirilən hərracda 240 min dollara satılıb. Bu barədə KİV-ə "Alexander Historical Auctions" hərrac evinin nümayəndəsi Andreas Kornfild məlumat verib.

Adolf Hitlerə (1889-1945) məxsus telefon aparatı bazar günü ABŞ-ın Çesapik-Siti şəhərində keçirilən hərracda 240 min dollara satılıb. Bu barədə KİV-ə "Alexander Historical Auctions" hərrac evinin nümayəndəsi Andreas Kornfild məlumat verib. Aparatı alan şəxsin adını isə nümayəndə KİV-ə açıqlamayıb. Telefonu hərraca satışa 1977-ci ildə vəfat etmiş Britaniya siyasətçisi və hərbçisi Ralf Reynerin nəvələri çıxarıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31