Səhiyyə Nazirliyində korrupsiyaya qarşı mübarizə
Səhiyyə Nazirliyində “Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə” əmr Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 05.01.2017-ci il tarixli 2/11 nömrəli tapşırığına əsasən imzalanıb.
20 Fevral 2017 13:49 SosialSəhiyyə Nazirliyində "Korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi barədə" əmr Azərbaycan Respublikası Prezidenti Administrasiyasının 05.01.2017-ci il tarixli 2/11 nömrəli tapşırığına əsasən imzalanıb.
Nazirlikdən "Olaylar"- a bildirilir ki, əmrdə Səhiyyə Nazirliyinin idarə və müəssisələrin rəhbərlərinə imtiyazlı əhali qruplarına və dövlət (tədbirlər) proqramları çərçivəsində verilməsi nəzərdə tutulan dərmanların buraxılması üzərində ciddi nəzarətin təmin edilməsi, tibbi fəaliyyətin bütün sahələrində şəffaflığın artırılması, səhiyyə müəssisələrinə ayrılmış büdcə vəsaitinin təyinatı üzrə xərclənməsi, qanunvericiliyə uyğun olaraq dərman preparatlarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin gücləndirilməsi, tibbi kadrların işə qəbulu və diplomdan sonrakı hazırlığı məsələlərin həyata keçirilməsində şəffaflığın daha da artırılması üçün tədbirlərin görülməsi tapşırılıb. Əmrdə Səhiyyə Nazirliyinin səlahiyyətli şöbə və sektor rəhbərlərinə tibbi xidmətin göstərilməsi ilə əlaqədar əhalidən neqativ hallar barədə daxil olan şikayətlərin daha ciddi araşdırılması tapşırılıb.
Qeyd edək ki, əmrin müzakirəsi, icra mexanizminin hazırlanması məqsədi ilə Səhiyyə Nazirliyində müvafiq şöbələrin rəhbərlərinin iştirakı ilə iclas keçirilib.