Respublikanın çaylarında mövcud vəziyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin “Olaylar” – a  verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 200-210, Lənkəran-Astara bölgəsi çaylarında isə  60-110  faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin "Olaylar" - a  verdiyi məlumata görə hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-150, Kiçik Qafqazın çaylarında 200-210, Lənkəran-Astara bölgəsi çaylarında isə  60-110  faizini təşkil edir.

Tranzit çaylarda hazırki vəziyyət fevralın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində  4 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 120 m3/s olmaqla ongünlük normanın 70 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 278 m3/s olmaqla ongünlük normanın 163 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 68 m3/s olmaqla, ongünlük normanın 97 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 90 m3/s təşkil edərək ongünlük normanın 128 faizinə bərabər olub.

Kür çayının aşağı axınında hazırki vəziyyət fevralın 20-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində  6, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 10 sm azalma, Şirvanda 6, Bankədə isə  2 sm artım qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31