Dağlıq Qarabağdakı “referendumu” hansı ölkələr müşahidəçi göndərib?

“Dağlıq Qarabağda “referenduma” start verilib. Hələ ki, cəbhə bölgəsində sakitlikdir. Əslində həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi bu günə xüsusi hazırlaşmalı idilər”.

"Dağlıq Qarabağda "referenduma" start verilib. Hələ ki, cəbhə bölgəsində sakitlikdir. Əslində həm Azərbaycan Xarici İşlər Nazirliyi, həm də Müdafiə Nazirliyi bu günə xüsusi hazırlaşmalı idilər". "OLAYLAR"-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu deyib ki, "referendumla" bağlı hərəsinin öz missiyası olmalı idi: "Bu separatçılar üçün elə bir gün olmalıdır ki, Xankəndi hava limanının təmirindən sonra "uçuşlara başlayaq, yoxsa başlamayaq" qədər düşündürücü suala çevrilməlidir. Azərbaycan XİN isə artıq qollarını çırmalayıb işə başlamalıdır. Məsələ burasındadır ki, separatçıların yaydıqları xəbərə görə Dağlıq Qarabağdakı "referendumu" Rusiya, Bolqarıstan, Boliviya, Almaniyadan, hətta Avropa Parlamentindən 100-ə yaxın mühaşidəçi izləyir. Əlbəttə istisna etmirəm ki, rəqəm şişirdilib. Ancaq əgər bu ölkələrdən həqiqətən kimlərsə bu "referenduma" müşahidəçi qismində iştirak ediblərsə, onların adları və statusları müəyyənləşdirilib, adı keçən hər bir ölkəyə nota göndərilməlidir. Bu Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası qədər prinsipial məsələdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31