Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil
Ötən həftə Azərbaycanın xarici siyasət sahəsində bir sıra yeniliklər və uğurlarla yadda qaldı. Birləşmiş Ştatlar və Rusiya hərbi rəsmilərinin Bakıda bir araya gəlməsi, hər iki ölkə generalının Azərbaycan rəsmiləri ilə görüşünün ardınca dövlət başçısı Almaniya Federativ Respublikasına səfər edərək Münxen Təhlükəsizlik Konfransına qatıldı. Azərbaycan Prezidenti təkcə Münxen Təhlükəsizlik Konfransına qatılmaqla kifayətlənmədi və konfrans çərçivəsində keçirilən dəyirmi masa və müzakirələrdə yaxından iştirak edərək ölkəmizin üzləşdiyi problemlər, Ermənistanın işğalçılıq siyasəti, eləcə də Azərbaycanın haqlı mövqeyini iştirakçı dövlətlərin diqqətinə çatdırdı. Xüsusilə, Münxen Təhlükəsizlik Konfransı Dağlıq Qarabağ münaqişəsinin bir daha beynəlxalq aləmə çatdırılması, Ermənistanın təcavüzkar və aqressiv siyasətinin ifşa edilməsi baxımından əhəmiyyətli hesab edilə bilər. Onu da qeyd etmək lazımdır ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri- Elmar Məmmədyarov və Edvard Nalbadyan növbəti dəfə görüşərək, danışıqlar aparıb.
20 Fevral 2017 15:07 SiyasətÖtən həftə Azərbaycanın xarici siyasət sahəsində bir sıra yeniliklər və uğurlarla yadda qaldı. Birləşmiş Ştatlar və Rusiya hərbi rəsmilərinin Bakıda bir araya gəlməsi, hər iki ölkə generalının Azərbaycan rəsmiləri ilə görüşünün ardınca dövlət başçısı Almaniya Federativ Respublikasına səfər edərək Münxen Təhlükəsizlik Konfransına qatıldı. Azərbaycan Prezidenti təkcə Münxen Təhlükəsizlik Konfransına qatılmaqla kifayətlənmədi və konfrans çərçivəsində keçirilən dəyirmi masa və müzakirələrdə yaxından iştirak edərək ölkəmizin üzləşdiyi problemlər, Ermənistanın işğalçılıq siyasəti, eləcə də Azərbaycanın haqlı mövqeyini iştirakçı dövlətlərin diqqətinə çatdırdı. Xüsusilə, Münxen Təhlükəsizlik Konfransı Dağlıq Qarabağ münaqişəsinin bir daha beynəlxalq aləmə çatdırılması, Ermənistanın təcavüzkar və aqressiv siyasətinin ifşa edilməsi baxımından əhəmiyyətli hesab edilə bilər. Onu da qeyd etmək lazımdır ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri- Elmar Məmmədyarov və Edvard Nalbadyan növbəti dəfə görüşərək, danışıqlar aparıb. Bu görüş ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən təşkil edilib və həmsədrlər də həmin görüşdə iştirak ediblər. Lakin sözügedən görüşdən də Dağlıq Qarabağ probleminin həlli istiqamətində heç bir hasil əldə edilməyib və Münxen görüşü sıradan bir görüş kimi tariə düşüb. Elə ekspertlər də bu qənaətdədirlər. Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, xarici işlər nazirləri səviyyəsində keçirilən Münxen görüşü irəlləyişə doğru addım kimi qeyd edilməməlidir. Çünki, dəfələrlə bu formatda olan görüşlərdən sonra, Ermənistan cəbhədə atəşkəsi mütəmadi pozaraq, diversiya həmlələrinə cəhd edib: "Sadəcə olaraq, ATƏT-in Minsk qrupu bu il başlayandan bəri, belə bir görüşü təşkil etməklə, özünün "fəaliyyətdə" olduğunu göstərir. Bu görüş barədə həmsədrlərin bəyanatına gəldikdə isə, ənənəvi olaraq, şablon sözlərdən istifadə edilib. Burada atəşkəsin qorunub saxlanmasına çağırış edilir. Vyana və Sankt-Peterburq görüşlərində əldə olunan razılaşmaya əməl olunması tövsiyyə olunur". Politoloq deyib ki, xüsusilə ATƏT-in Minsk qrupu çalışır ki, cəbhədə atəşkəsin aşkar edilməsi mexanizmləri işə düşsün və bununla nisbi sakitliyə əməl edilsin: "Məhz, həmsədr institutunun üzvləri birmənalı olaraq, aprel döyüşlərindən sonra Ermənistanın maraqlarına cavab verən addımlar atıblar. Bəyanatda , münaqişənin tənzimlənməsi istiqamətində danışıqların aparılması qeyd edilir. Amma irəliləyişə nail olmaq üçün, ilkin olaraq Ermənistanın işğal olunmuş əraziləri boşaltmasıbarədə bir kəlmədə qeyd edilmir, yenə də status-kvonun saxlanılması üçün "diplomatik" gedişlər edilir. Bəyanatda Ermənistanın bir növ dəstəyi ilə Dağlıq Qarabağda separataçıların keçirəcəyi "referendum"a toxunulsada, işğalçı ölkənin bu siyasətinə ayrıca vurğuedilmir: "Münaqişəni çətinləşdirdiyi üçün, belə bir mənasız "referendumun" qarşısının alınması barədə bir söz deyilmir. Çünki, Minsk qrupunun üzvləri bir müddət bundan əvvəl Ermənistanın lehinə bəyanatlar səsləndiriblər. Bu bəyanat və görüşlər Ermənistanda keçiriləcək parlament seçkiləri qabağı daxili sabitliyə hesablandığı üçün, danışıqlar görüntüsü yaratmaqla, Ermənistanın cəbhədə mümkün hərbi təzyiqlərindən yayınmasına hesablanıb". Məhəmməd Əsədullazadə qeyd edib ki, hazırda ATƏT-in Minsk qrupunun fəaliyyəti qənaətbəxş deyil: "Rusiya da çalışır ki, Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etsin. Moskva bununla tərəflərə əlavə həll variantlarını təqdim etməyə çalışır. Qeyd edim ki, xarici işlər nazirləri tərəfindən aparılan və aparılacaq danışıqlar prosesi münaqişənin həllində irəliləyişə töhfə verməyəcək. Rəsmi Kreml çalışır ki, Ermənistana vaxt tanınsın, bununla da qarşıdan gələn parlament seçkiləri normal keçsin. Çünki, yeni hərbi əməliyyatlar fonunda işğalçıların məğlubiyyəti danılmazdı və bu da Sərkisyan iqtidarının devrilməsi ilə nəticələ bilər. Daxili sabitlik pozulması fonunda Qərb Ermənistanda təşəbbüsü ələ ala bilər. Rusiya çalışacaq ki, iki ay müddətində cəbhədə nisbi sakitliyə riayət olunsun. Buna görədə M. Zaxarova və Vladimir Putinin yaxın adamı S. Markov tərfindən Moskvadan XİN rəhbərlərinin görüşü barədə olumlu mesajlar verilir. Hesab edirəm ki, rəsmi Kreml artıq, münaqişənin həllində maraqlı deyil. Ötən ilin yay aylarında Rusiya tamamilə münaqişəni həll etməyə yaxın idi. Ümidlər də var idi. Həmin təşəbbüsüəldən verən Rusiyaya artıq, inam yoxdur. Azərbaycan yalnız güc yolu ilə real nəticələrə sahib ola bilər".
Süleyman