Gündəm

Ukrayna mətbuatı Xocalı soyqırımından yazır

20 Fevral 2017 16:27

Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Arif Quliyevin bu ölkənin versii.com saytında Xocalı soyqırımından bəhs edən geniş məqaləsi yayımlanıb.

Ərdoğana sui-qəsd əmrini o verdi

20 Fevral 2017 16:25

2016-cı il iyulun 15-də hərbi çevrilişə cəhd gecəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd etmək istəyən 44 nəfərlik dəstənin məhkəmə prosesi davam edir.

Sərkisyan: “Azərbaycandan birtərəfli güzəştlər istəmirik...”

20 Fevral 2017 16:22

Bu gün Ermənistan prezidenti Serj Sərkisyan Müdafiə Nazirliyinə gedərək ordunun komandan heyəti ilə görüşüb, onların qarşısında nitqlə çıxış edib.

XİN: Dağlıq Qarabağda qanunsuz “referendumu”n kimlərsə tərəfindən müşahidə edilməsi barədə iddialar gülüncdür

20 Fevral 2017 16:20

"Azərbaycanın qanunlarına və beynəlxalq hüququn prinsiplərinə, beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin mövqeyinə  zidd olaraq Ermənistan tərəfindən siyasi təxribat məqsədilə Azərbaycanın işğal olunmuş ərazilərində qondarma “referendum” keçirilir. Beynəlxalq ictimaiyyət tərəfindən qanunsuz hesab olunan və nəticələri qəbul olunmayan bu qondarma referendumun Ermənistan tərəfindən keçirilməsi özünü və beynəlxalq ictimaiyyəti aldatmaq və danışıqlar prosesinə xələl gətirmək cəhdindən başqa bir şey deyil".

ABŞ Rusiya səfirinin danışıqlarını dinləyir

20 Fevral 2017 16:18

ABŞ xüsusi xidmət orqanları Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakın danışıqlarını dinləyir. Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, səfirin öz vəzifəsini yerinə yetirməsi ilə bağlı Moskvaya etdiyi məruzələr Vaşinqtonun xüsusi xidmət orqanları tərəfindən dinlənilib: 

Gürcüstandan külli miqdarda siqaret gətirilməsinin qarşısı alınıb

20 Fevral 2017 16:00

Aksiz markası ilə markalanmayan 4 min 400 ədəd siqaret aşkara çıxarılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə,Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. İdarənin “Sınıq Körpü” gömrük postunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda aksiz markası ilə markalanmayan 4400 ədəd “Comet” adlı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Ermənistanda 7 məktəbli zəhərləndi

20 Fevral 2017 15:56

Ermənistanda məktəbdə kütləvi zəhərlənmə olub.  Armavir vilayətinin Artaşan kəndində baş vermiş hadisə nəticəsində 7 şagird zəhərlənib. Onlar bir sinifdə oxuyurlar. Xəstəxanaya çatdırılan məktəblilərin qazdan zəhərləndikləri bildirilir.

Əlvida Qərb: dünya siyasəti dəfn olundu

20 Fevral 2017 15:52

Hər il dünyanın ən nüfuzlu siyasətçilərini bir araya gətirən, Almaniyanın Münhen şəhərində keçirilən Təhlükəsizlik Konfransı bu il tam fərqli idi. Çünki dünyanın siyasəti dəyişir, indiyədək mövcud olan geosiyasi konstruksiyalar işlək və mütəhərrik olmadığından ciddi problemlər yarananda mexanizm yerində saymağa, axsamağa və hətta dayanmağa başlayır.

Bakıda 18 yaşlı qızı küçədə zorladılar

20 Fevral 2017 15:50

Bakıda Rusiya vətəndaşına təcavüz olunub. Bu barədə Sputnik Azərbaycan-a Yasamal Rayon Polis İdarəsindən məlumat daxil olub. Cinayətin qurbanı E.U. adlı 1999-cu il təvəllüdlü Rusiya vətəndaşı olub.

Anadangəlmə ürək qüsurlarına dair təlimlər davam etdirilir

20 Fevral 2017 15:42

Azərbaycan Respublikası Prezidentinin 13.06.2014-cü il tarixli Sərəncamına əsasən təsdiqlənmiş "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən yenidoğulmuşların sağlamlığının mühafizəsi istiqamətində davamlı tədbirlər həyata keçirilir.

Turizm şirkətlərinin nümayəndələri Musiqili Teatrda

20 Fevral 2017 15:41

Azərbaycan Dövlət Musiqili Teatrı daha bir ilkə imza ataraq maraqlı bir layihəyə start verib. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” –a bildirib ki, Musiqili Teatrda ölkədə fəaliyyət göstərən bir sıra turizm şirkətlərinin nümayəndələri ilə dəyirmi masa arxasında görüş keçirilib.

Afaq Abbasova Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının  qonağı olacaq

20 Fevral 2017 15:41

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti, Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının   qonağı olacaq. Ötən ilin noyabrında Minskdə qastrolda olarkən  Afaq Abbasova növbəti çıxış üçün təklif almışdı.  Fevralın 25-də gənc solist Afaq Abbasova C.Verdinin "Aida" operasının tamaşasında Aida partiyasını ifa edəcəkdi.

Bəxtiyar Sadıqov: "Dağlıq Qarabağda keçiriləcək "referendum"u heç bir dövlət tanımayacaq"

20 Fevral 2017 15:39

"Beynəlxalq təşkilatlar erməni separatçılarının Dağlıq Qarabağda qanunsuz referendum keçirməsinə reaksiya verməməklə öz nüfuzlarına zərbə vururlar". Bunu  millət vəkili Bəxtiyar Sadıqov deyib.

Rusiya və Türkiyə S-400 satışı barədə danışıqlar aparır

20 Fevral 2017 15:36

Rusiya və Türkiyə S-400 zent-raket kompleksinin satışı barədə danışıqlar aparırlar. Bunu "Rostex" dövlət korporasiyasının baş direktoru Sergey Çemezov deyib. O bildirib ki, hazırda maliyyələşdirmə məsələləri üzərində iş gedir. Bu barədə Trend-in RİA Novosti-yə istinadən xəbər verir.

“Prezidentin Münhen səfəri iştirakçılar arasında böyük rəğbət doğurdu”

20 Fevral 2017 15:35

“Azərbaycan Prezidentinin Münhenə səfəri və orada keçirdiyi görüşlər çox mühüm əhəmiyyət kəsb edir. Çünki bu, dünyada təhlükəsizlik sistemlərinə həsr olunmuş məşhur konfranslardan biridir”.