Ukrayna mətbuatı Xocalı soyqırımından yazır

Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Arif Quliyevin bu ölkənin versii.com saytında Xocalı soyqırımından bəhs edən geniş məqaləsi yayımlanıb.

Ukrayna Milli Aviasiya Universitetinin Beynəlxalq hüquq kafedrasının professoru, hüquq elmləri doktoru Arif Quliyevin bu ölkənin versii.com saytında Xocalı soyqırımından bəhs edən geniş məqaləsi yayımlanıb. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Azərbaycanlıların Xocalı soyqırımının dərsləri" adlanan yazıda müəllif artıq uzun illərdir Xocalının Babiy Yar, Osventsim, Xatın, Buhenvald kimi sadəcə çoğrafi ad deyil, dünyanı sarsıdan xüsusi qəddarlıq və insanlıqdan uzaq kütləvi qətllərin törədildiyi ünvan olduğunu yazır. Bildirilir ki, 25 il keçməsinə baxmayaraq, Xocalı şəhərində erməni qəsbkarlarının törətdiyi qırğınların ağrısı sakitləşməyib. Erməni ekstremistləri və millətçilərinin azərbaycanlılara qarşı törətdiyi Xocalı soyqırımının ən dəhşətli kütləvi terror aktı kimi tarixə düşdüyü vurğulayan müəllif əlavə edir ki, son 200 il ərzində Azərbaycan xalqı soyqırımı və etnik təmizləmə siyasətinin qurbanı olub. Məqalədə ermənilərin "Böyük Ermənistan" ideyaları və bu istiqamətdə aparılan siyasətin tərkibi olaraq azərbaycanlıların doğma torpaqlarından çıxarılması haqqında geniş məlumat verilir, 1988-ci ildən etibarən SSRİ-nin o vaxtkı rəhbərliyinin dəstəyi ilə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə danışılır. Müəllif oxucuların diqqətini işğal əməliyyatları zamanı erməni hərbçilərinn Qarabağın kəndlərinə dinc sakinlərə qarşı törətdiyi kütləvi qətllərə yönəldərək, nəhayət, "məzlum və əzabkeş" erməni xalqının vicdanında qara ləkə kimi qalacaq tarixi cinayət olan Xocalı soyqırımının baş verməsini qeyd edir. A.Quliyev Xatın, Xirosima, Naqasaki, Sonqmi kimi fəlakətlərin siyahısına 1992-ci il fevralın 26-da törədilən Xocalı soyqırımının da əlavə olunduğunu dərin təəssüf hissi ilə oxucuların diqətinə çatdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31