Gündəm

Suriyada dörd Rusiya hərbçisi öldürülüb

20 Fevral 2017 17:10

Fevralın 16-da Suriya ərazisində 4 Rusiya hərbçisi öldürülüb. Bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb. Hərbçilərin avtomobilinin kənardan idarə olunan mina vasitəsilə partladıldığı bildirilir. 

Ekspert: “Konfrans Azərbaycanın gələcəyinə böyük perspektivlər açacaq”

20 Fevral 2017 17:07

“Münhen Təhlükəsizlik Konfransı Azərbaycan üçün xüsusi əhəmiyyətlidir. Cənab Prezident İlham Əliyevin Münhen konfransında  iştirak etməsi regional təhlükəsizlik baxımından Azərbaycana gələcəkdə müsbət töhfələr verəcək”. Bunu  Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin sədri diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.

Prezidentdən Qarabağ mesajı

20 Fevral 2017 17:05

Azərbaycanın istər siyasi, istər iqtisadi, istərsə də diplomatik və hərbi sahədə son illərdə qazandığı nailiyyətlər ölkəmizə olan marağın gün-gündən artmasını şərtləndirir. Bu maraq həm ayrı-ayrı dövlətlərin Azərbaycana olan marağında, həm də xarici KİV-lərin münasibətində zünü ehtiva edir.

Münhendən sərt xəbərdarlıq

20 Fevral 2017 17:02

Müstəqil Azərbaycanın  dünyada artan nüfuzu təkcə beynəlxalq tədbirlərə ev sahibliyi etməklə deyil, eləcə də qlobal məsələlərin müzakirə olunduğu konfarnslarda təmsil olunmsı ilə nəzərə çarpır.

Vaqif Əsədov: "Çox yaxşı əlamətdir"

20 Fevral 2017 16:59

"Piyadaların yol-hərəkət qaydalarını pozduqlarına görə cərimələri ödəmələrində xeyli fəallıq hiss olunur". Bunu Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Əflatun Amaşov bəzi qanunlara təklif olunan dəyişiklikləri şərh edib

20 Fevral 2017 16:55

“Hər iki qanuna dəyişiklik ümumən internet məkanımızda zəruri tənzimləməni aparmağa xidmət edir. Dəyişikliklər bu sahədə hüquqi tənzimləmə işlərinin aparılması ilə bağlı irəliyə doğru atılmış mühüm addımlardır. İnanıram ki, qanun layihələri parlamentin plenar iclasında qəbul olunacaq”.

Amerikada Trampa qarşı növbəti aksiya: “Bu gündən mən də müsəlmanam”

20 Fevral 2017 16:49

Ağ Ev rəhbəri Donald Trampın 7 müsəlman ölkəsindən miqrantların ABŞ ərazisinə daxil olmasına qoyduğu qadağaya etirazlar davam edir.

Telefon rabitəsinə görə də öncədən ödəniş sistemi tətbiq olunacaq

20 Fevral 2017 16:46

2017-ci il martın 1-dən etibarən Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziirlyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi stasionar telefon rabitəsi xidmətləri üçün öncədən ödəniş sistemini tətbiq edəcək.

Azərbaycanın hökumətinin MM-də illik hesabatının vaxtı məlum olub

20 Fevral 2017 16:45

Nazirlər Kabinetinin Milli Məclisdə illik hesabatını təqdim edəcəyi vaxt məlum olub. Parlamentdən  verilən məlumata görə, hesabat martın 17-də təqdim olunacaq. Hesabatı baş nazir Artur Rasızadə təqdim edəcək. 

Təhsil Nazirliyi şagirdlərə qızıl və gümüş medal verilməsi qaydalarını açıqlayıb

20 Fevral 2017 16:43

Təhsil Nazirliyi Azərbaycanda şagirdlərin qızıl və gümüş medala layiq görülməsi qaydalarını açıqlayıb. Nazirlikdən verilən xəbərə görə, ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə də fərqlənən şagirdlər qızıl və ya gümüş medallarla təltif olunur. “Təhsil haqqında” qanun qüvvəyə mindikdən sonra Nazirlər Kabinetinin müvafiq qərarı ilə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması qaydaları təsdiqlənib. 

Müşfiq Ələsgərli: “Prezident Münhende Azərbaycanla əməkdaşlığın faydalarını Avropaya çatdırdı”

20 Fevral 2017 16:38

“Proseslərin gedişi onu göstərir ki, dünyada, o cümlədən yerləşdiyimiz regionda siyasi, iqtisadi, enerji  və təhlükəsizlik baxımından yeni düzən formalaşır. Region dövlətlərinin hər biri bu yeni müstəvidə yer tutmaqda, öz təhlükəsizliyini, iqtisadi maraqlarını təmin etməkdə maraqlıdır. Amma bu istəyi doğrultmaq heç də bütün dövlətlərə nəsib olmur, əksinə, son proseslər əksər ölkələr üçün dağıdıcı bir dalğaya çevrilib. Azərbaycanın üstünlüyü ondadır ki, son prosesləri dərindən bilən, onu analiz edib nəticə çıxarmağı bacaran iqtidar komandası və ciddi resursları var”.  Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Səfir: Latviya Dağlıq Qarabağda keçirilən “referendumu” tanımır

20 Fevral 2017 16:36

Latviya Dağlıq Qarabağın “müstəqilliyini” və orada keçirilən “referendumu” tanımır. Bu sözləri eksklüziv olaraq Latviyanın Azərbaycandakı səfiri Yuris Maklakovs deyib. Diplomat vurğulayıb ki, Latviya Azərbaycanın ərazi bütövlüyünü və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsində Minsk qrupunun səylərini dəstəkləyir.

Mədəniyyət və turizm naziri Ağdaş şəhərində vətəndaşları qəbul edəcək

20 Fevral 2017 16:29

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri tərəfindən fevralın 24-də Ağdaş şəhərində vətəndaşlar qəbul ediləcək.