Prezidentdən Qarabağ mesajı

Azərbaycanın istər siyasi, istər iqtisadi, istərsə də diplomatik və hərbi sahədə son illərdə qazandığı nailiyyətlər ölkəmizə olan marağın gün-gündən artmasını şərtləndirir. Bu maraq həm ayrı-ayrı dövlətlərin Azərbaycana olan marağında, həm də xarici KİV-lərin münasibətində zünü ehtiva edir.

Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz

Azərbaycanın istər siyasi, istər iqtisadi, istərsə də diplomatik və hərbi sahədə son illərdə qazandığı nailiyyətlər ölkəmizə olan marağın gün-gündən artmasını şərtləndirir. Bu maraq həm ayrı-ayrı dövlətlərin Azərbaycana olan marağında, həm də xarici KİV-lərin münasibətində zünü ehtiva edir. Ölkəmizin hər il keçirdiyi bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərdə dünyanın nüfuzlu KİV-lərinin iştirak etməsi, öz gündəlik yayımları və çap mediasında, elektron portallarında Azərbaycandan həbs etmələri deyilənlərin sübutudur. Bu gün xarici KİV-lərin əsas diqqət yetirdiyi, maraq kəsb etdiyi ölkə Azərbaycan, müsahibə almağa maraqlı olduqları dvlət başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir desək yanılmarıq. Azərbaycan dövlət başçısının iştirak etdiyi hər bir beynəlkxalq tədbirdə xarici ölkə KİV-lərinin Azərbaycan Prezidenti ilə müsahibə almağa cəhd göstərməsi deyilənlərin təsdiqidir. Bu günlərdə Almaniyada keçirilən Münxen Təhlükəsizlik Konfransında tədbiri işıqlandıran xarici ölkə KİV-lərinin Azərbaycan Prezidentinə olan diqqətindən bunu aydın görmək mümkündür. Həmçinin bir neçə gün əvvəl Əl-Cəzirə telekanalının Azərbaycan dövlət başçısından geniş müsahibə alması da bütün bunların isbatıdır.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev sözügedən telekanala müsahibə zamanı Dağlıq Qarabağ problemindən tutmuş Azərbaycanın Avropanın enerji təchizatında rolu, bu il ölkəmizdə keçiriləcək İslam Həmrəylik Oyunları, eləcə də bir sıra vacib məsələlərə toxunub. Müsahibəsində Ermənistanın Azərbaycan ərazilərinə təcavüzü və işğalçılıq siyasətinə toxunan dövlət başçısı bildirib ki, bu gün erməni separatçıları tərəfindən işğala məruz qalan Qarabağ Azərbaycanın qədim və tarixi hissəsidir. Ermənistanın təcavüz və işğal nəticəsində 1 milyondan çox azərbaycanlının öz torpağında qaçqın və məcburi köçkünə çevrildiyini diqqət çatdıran Azərbaycan Prezidenti müsahibə zamanı həmişə olduğu kimi beynəlxalq təşkilatlara da müəyyən mesajlarını ünvanlayıb. Azərbaycan dövlət başçısı Əl-Cəzirənin tribunasından istifadə edərək başda BMT olmaqla Dağlıq Qarabağ problemi ilə bağlı qərarlar, qətnamələr qəbul edən beynəlxalq təşkilat və qurumları bir növ qəbul etdikləri sənədləri icra edə bilməməkdə günahlandırıb. Konkret olaraqAzərbaycan Prezidenti bu və ya digər təşkilatların özlərinə belə hörmət etmədiklərini bəyan edib: "BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Əfsuslar olsun ki, bu qətnamələri qəbul edənlərin özləri öz qərarlarına hörmət etmirlər. Çünki 20 ildən artıqdır ki, bu qətnamələr kağız üzərində qalmaqdadır, onlar icra olunmur".

Azərbaycan Prezidenti məlum müsahibəsində haqlı olaraq sözügedən təşkilatları ikili standartlarda da ittiham edib. Təəssüflər olsun ki, həmin ikili standartlar günümüzdə də davam edir. Xüsusilə, Dağlıq Qarabağ probleminə olan münasibətdə biz bunun əyani şahidinə çevrilirik. Belə ki, münaqişənin həlli ilə

məşğul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dəfələrlə münaqişənin həlli məqsədilə tərəflərə kompromis çağırışı etməsi bunun göstəricisidir. Halbuki bu münaqişədə işğala məruz qalan tərəf Azərbaycan və işğalçılıq siyasətini günümzdə də davam etdirən Ermənistan var. Amma beynəlxalq təşkilatlar ənənəvi ikili standartlar prinsipindən çıxış edərək hər iki tərəf üçün eyni yanaşma ortaya qoyurlar. Elə bu ikili standartların məntiqi nəticəsidir ki, işğalçı Ermənistan başda BMT olmaqla heç bir beynəlxalq təşkilatın Dağlıq Qarabağ problemi ilə bağlı qəbul etdiyi qətnamələri, qərarları icra etmir. Beynəlxalq hüquqda qəbul edilən qətnamələri icra etməyən tərəfə hansısa cəza tədbiri nəzərdə tutulsa da, Ermənistana qarşı bu prosedurdan da istifadə edilmir ki, bu məqam da Azərbaycana qarşı olan ikili standartın göstəricisidir. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qərarları bir neçə gün ərzində icra olunur. Bizim məsələyə gəldikdə isə, 20 ildən çox vaxt keçmişdir. Ermənistan bu qətnamələrə, həmçinin digər beynəlxalq təşkilatların qərarlarına məhəl qoymur.

Sözügedən müsahibədə diqqət çəkən vacib məqamlardan biri də Azərbaycan Prezidentinin rəsmi Bakının prinsipial mövqeyini bir daha ortaya qoyması və bu müsahibə vasitəsilə beynəlxalq aləmə mövqeyimizin açıq və net şəkildə çatdırılmasıdır. Dağlıq Qarabağ probleminin həllində beynəlxalq hüquq və prinsiplərin əsas götürülməsinivacib sayan dövlət başçısı qeyd edib ki, münaqişənin həlli beynəlxalq hüquqa əsaslanır. Beynəlxalq hüquq isə onu tələb edir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, erməni işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılmalıdır: "Azərbaycanlılar bütün işğal olunmuş ərazilərə, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququna malik olmalıdır. Bundan sonra regionda sülh bərqərar olacaq. Azərbaycanın ərazi bütövlüyü çərçivəsindən kənar heç bir qərar qəbul edilə bilməz. Azərbaycan heç vaxt Dağlıq Qarabağın müstəqilliyinə razı olmayacaq".

S.İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31