Son dəqiqə: Xəstəxana qarşısında silahlı qarşıdurma: Ölü və yaralılar var

Diyarbəkirdə Qazi Yaşargil Təhsil Araşdırma Xəstəxanası qarşısındakı avtoparkda iki ailə arasında baş verən silahlı qarşıdurmada 1 nəfər ölüb, 1-i polis və 1-i azyaşlı qız olmaqla 3 nəfər isə yaralanıb. Hadisə yerli vaxtla 14:30-da olub. 

Şahidlərin dediyinə görə, silahlı 2 cinayətkar dövlət qeydiyyat nişanı təsbit edilən bir avtomobillə qaçıb. Polis qaçanları tutmaq üçün əməliyyata başlayıb.  Bu barədə Milli.az Milliyet-ə istinadən xəbər xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31