Münhendən sərt xəbərdarlıq

Müstəqil Azərbaycanın  dünyada artan nüfuzu təkcə beynəlxalq tədbirlərə ev sahibliyi etməklə deyil, eləcə də qlobal məsələlərin müzakirə olunduğu konfarnslarda təmsil olunmsı ilə nəzərə çarpır.

"Dağlıq Qarabağda baş verənlərlə bağlı Ermənistana sanksiyalar tətbiq olunmayıb və bu ikili yanaşma aradan qaldırılmalıdır"

Müstəqil Azərbaycanın  dünyada artan nüfuzu təkcə beynəlxalq tədbirlərə ev sahibliyi etməklə deyil, eləcə də qlobal məsələlərin müzakirə olunduğu konfarnslarda təmsil olunmsı ilə nəzərə çarpır. Prezident İlham Əliyevin 53-cü Münhen Təhlükəsizlik Konfransında iştirakı ölkəmizin benəlxalq nüfuzunun bariz göstəricisi kimi dəyərləndirilir. Nəzərə almaq lazımdır ki, sözügedən konfransda dövlət və hökumət başçıları, xarici işlər və müdafiə nazirlərinin daxil olmaqla beş yüzə qədər siyasətçi iştirak edib. Konfransda əsasən Suriyadakı vəziyyət, Avropada miqrant böhranı, Transatlantik əməkdaşlığın gələcəyi, terrorla mübarizə və digər beynəlxalq məsələlər müzakirə mövzusu olub. Belə bir möhtəbər tədbirdə Azərbaycan prezidentinin beynəlxalq təhlüksizlik məsələləri ilə yanaşı, ölkəmizin ümumilli problemlərini qabartması xüsusilə diqqət mərkəzində olub. Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Avrasiyada əməkdaşlıq və problemlər məsələlərinə həsr olunan panel-müzakirədəki çıxışı, ona ünvanlanan suallara dəqiq və aydın şəkildə cavablandırması, beynəlxalq və milli təhlükəsizlik məsələlərində  Azərbaycan dövlətinin birmənalı mövqeyinin ortaya qoyulması dünya siyasətçiləri tərəfindən maraqla izlənilib. Dövlət başçısı tərəfindən regionda yaranan geosiyasi vəziyyət, Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi qəbul olunması, 25 illik tarixi olan müstəqil Azərbaycanın  dünyaya verdiyi töhvələr, beynəlxalq təşkilatlarla əməkdaşlıq, eləcə də ölkədə həyata keçirilən social və iqtisadi islahatlar barədə bilgilər sözün əsil mənasında dünya siyasətçilərin heyrətlənə səbəb olib: "Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaşdır. Biz gənc ölkəyik. Ötən il müstəqilliyimizin bərpasının 25-ci ildönümünü qeyd etmişik. Bu qısa müddət ərzində hesab edirəm ki, bu gün Azərbaycan dünyada hörmət edilən ölkədir. Bunun ən yaxşı nümunəsi bir neçə il bundan əvvəl Birləşmiş Millətlər Təşkilatında nümayiş olunmuşdur. O zaman Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Beləliklə, bu, beynəlxalq ictimaiyyətin mütləq əksəriyyətinin bizim fəaliyyətimizə verdiyi həqiqi qiymət, bizə göstərilən etimad və hörmət əlaməti idi".

Sirr deyil ki, Azərbaycanın iqtisadi modeli dünya ölkələri tərəfindən öyrənilir və tədqir edilir. Çünki, Azərbaycanda həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət nəinki ölkə iqtisadiyyatının dinamik inkişafını təmim edir, həmçinin regional bə beynəlxalq layihələrin icrasına şərait yardır. Təsaüfi deyil ki, Azərbaycan bir çox regional və beynəlxalq iqtisadi layihələrin müəllifi, təşəbüskarı və icraçısı qismində çıxış edir. Ölkədə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyatın Azərbaycan modeli barədə məlumat verən dövlət başçısı bildirib ki, hazırda iqtisadiyyatın özəl sektorunun ümumi daxili məhsulda payı 80 faizi ötüb: "Biz islahatlar aparmaqla iqtisadiyyatımızı planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçirdik. Azərbaycan qonşularla regional əməkdaşlığın yeni formatını tətbiq etdi. Eyni zamanda, 20 ildən də artıq müddətdən əvvəl təşəbbüskar qismində çıxış etdiyimiz enerji və nəqliyyat layihələri bu gün nəinki təkcə bizim üçün, həmçinin region üçün də yaxşı nəticələr verir. Bu gün enerji təhlükəsizliyi məsələlərinə milli təhlükəsizlik məsələsindən ayrı baxıla bilməz. Siyasətimiz birinci növbədə qonşularımızla, eyni zamanda, müsəlman dünyası, - biz müsəlman dünyasının bir hissəsiyik, - və Avropa ilə əməkdaşlığın gücləndirilməsi məqsədini daşıyır. Biz bu yaxınlarda Avropa İttifaqı ilə bir çox əməkdaşlıq sahələrini əhatə edəcək yeni razılaşma üzərində danışıqlara başlamışıq".

Etiraf edilməlidir ki, Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət, yaxın və uzaq qonşu dövlətlər, eləcə də beynəlxalq təşkilatlarla ikitərfli münasibətlərin bərqərar olması, ölkədə hökm sürən sabitlik ölkəmizi qlobal münaqişlər və ziddiyyətlərin çözüldüyü məkana çevirib. Artıq Azərbaycan diplomatik paytaxt şəhərinə çevrilməklə beynəlxalq sülh və barış missiyasının daşıyıcısı qismindı çıxış edir.  Azərbaycanın sabitləşdirici amil kimi rolunun artdığını və bunun getdikcə beynəlxalq ictimaiyyət tərəfindən daha çox tanındığını deyən Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl ABŞ və Rusiya Baş qərargah rəislərinin Bakıda keçirilən görüşünü də şərh edib: "Onlar ilk dəfə bizim ölkədə görüşdülər. Bakının seçilməsi qərarı bizim deyildi. Biz bu qarşılıqlı əlaqənin təşəbbüskarı kimi çıxış etməmişdik. Bizə yaxınlaşaraq bizim buna razı olub-olmamağımız soruşulmuşdu. Biz dedik ki, əlbəttə, buna razıyıq. Bəs nəyə görə Azərbaycan seçildi? Mən bu sualı özümə verdim. Avrasiyanın xəritəsinə baxaraq gördüm ki, ola bilsin, Azərbaycan onların görüşə biləcəyi yeganə məkandır. Biz NATO-nun üzvü deyilik. Biz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü deyilik. Biz güclü beynəlxalq nüfuza malik olan ölkəyik. Biz ABŞ, Avropa və qonşularımız, Rusiya ilə çox yaxşı münasibətləri olan, onların hörmət bəslədiyi ölkəyik. Buna görə də artıq nəinki təkcə bizim regionda, həm də daha geniş miqyasda Azərbaycanın sabitləşdirici amil kimi rolu artacaqdır". Azərbaycanın beynəlxalq qurum və təşkilatlarla əlaqələrinə toxunan Prezident İlham Əliyev ölkəmizin Avropa Komissiyasına təklif etdiyi layihə əsasında danışıqlara başlandığını və bu razılaşmanın tezliklə tamamlanacağına ümidvar olduğunu bildirib. Dövlət  başçısı eyni zamanda, Avropa İttifaqına üzv ölkələrin doqquzu ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sazişlərin imzalandığını vurğulayıb.

Nəhayət, şübhəsiz ki, prezident İlham Əliyev belə yüksək tribunadan Azərbaycanın ümumilli problemini qabartmaya biməzdi. Tədbir iştirakçılarına Ernənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti barədə məlumat verən dövlət başçısı münaqişənin həlli yollarını da açıqlayıb.  Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllindəki fəaliyyəti ilə bağlı suala cavabında Prezident İlham Əliyev bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya, ABŞ və Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi təcavüzkara təzyiq göstərməli, onların iştirakı ilə münaqişənin həllinə dair Təhlükəsizlik Şurası tərəfindən qəbul olunan dörd qətnamə yerinə yetirilməlidir.  "Ermənistan təkcə Dağlıq Qarabağı yox, həmçinin erməni əhalisinin heç vaxt yaşamadığı ətraf yeddi rayonu da işğal edib. ", - deyən dövlətimizin başçısı qondarma "Dağlıq Qarabağ rejimi"nin keçirəcəyi "referendum"un tamamilə qanunsuz olduğunu və dünyanın heç bir ölkəsi tərəfindən tanınmadığını bildirib. Rusiya, ABŞ, Fransa və Avropa İttifaqının artıq Dağlıq Qarabağı müstəqil bir subyekt kimi tanımadığını və bu "referendum"un nəticələrini tanımayacağını bildirən bəyanatlar verdiyini diqqətə çatdırıb. Prezident İlham Əliyev əlavə edib ki, Dağlıq Qarabağda baş verənlərlə bağlı Ermənistana sanksiyalar tətbiq olunmayıb və bu ikili yanaşma aradan qaldırılmalıdır. Dövlətimizin başçısı səylərin birləşdirilməsi və təcavüzkar Ermənistana torpaqları boşaltmaqla bağlı təzyiq göstəriləcəyi təqdirdə münaqişənin tezliklə həll olunacağına ümid etdiyini diqqətə çatdırıb.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31