Gündəm
Dağlıq Qarabağda “referendumu” abxaz və osetin separatçıları izləyib
"Erməni separatçılarının Dağlıq Qarabağda keçirdikləri “referendumu” özləri kimi separatçı bölgələrdən olan Abxaziya və Cənubi Osetiyadan izləyənlər var”. “OLAYLAR”-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Elxan Şahinoğlu deyib ki, onlardan biri Abxaziya “parlamentinin sədr yardımçısı” Emma Qamisoniyadır: “Abxaz separatçılarının nümayəndəsi Xankəndidə elə belə də deyib: “Artsax əhalisi referendumda böyük həvəslə iştirak edir, məntəqələr dolub-daşır və bu bizi çox sevindirir.
Firdovsi Umudov: “Dünyaya sübut edirik ki, heç kəs bizim dövlətimizə yuxarıdan aşağı baxa bilməz”
İran İslam Respublikasının Kirmanşah şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında bürünc medal qazanan yığma komandamızın üzvləri Vətənə qayıdıblar.
Münhen Təhlükəsizlik Konfransı beynəlxalq müstəvidə önəmli platformalardan biridir
Münhen Təhlükəsizlik Konfransı beynəlxalq müstəvidə önəmli platformalardan biridir. Hər il keçirilən Mühhen Təhlükəsizlik Konfransında dünyanın iqtisadi-siyasi gündəliyinə nəzər salınır, qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sevinc Fətəliyeva səsləndirib.
Britaniya kommandosları Mosul üçün vuruşurlar
ABŞ-ın "Yaşıl beretlilər" və "Delta Force" xüsusi təyinatlı dəstələrinin döyüşçüləri ilə yanaşı, Britaniyanın SAS kommandosları İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad olunması əməliyyatında iştirak edirlər.
Arzu Nağıyev: Dövlət başçısı Münxendə bir daha Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bəyan etdi
Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirdiyi görüşləri, çıxışları bir neçə aspektdən xarakterizə etmək olar.
IV Beynəlxalq multikulturalizm məktəbinin rəsmi bağlanış mərasimi keçirilib
Azərbaycan söz və ifadə azadlıqlarına məxsusi önəm verən dövlətlərdəndir
Ölkədə söz və məlumat azadlığının mövcud durumu, dövlətin bu istiqamətdə atdığı addımlar, eləcə də əldə edilən nailiyyətlərlə bağlı Yeni Azərbaycan Partiyasının üzvü, Demokrat Gənclər Hərəkatının sədri Murad Ağamiyevin “OLAYLAR"-a müsahibəsi
Xalçaçılıq sənətini yaşat və təbliğ et
Əmək Nazirliyi əməkdaşlarının uşaqlarının Xocalı soyqırımına həsr olunmuş əl işlərindən ibarət sərgi-müsabiqə təşkil olunub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş əl işlərindən ibarət sərgi-müsabiqə təşkil olunub. Tədbirdə nazirliyin əməkdaşlarının uşaqlarından ibarət 14 nəfərin 120-dən çox təsviri incəsənət əsəri nümayiş olunub.
14 aylıq körpə 1milyon qazanır
Tarixi Muzeyinin məqalələr toplusu çap olunub
ADP beynəlxalq təşkilatlara çağırış etdi
Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclasda ölkədə və dünyada baş verən mühüm siyasi hadisələrə dair müzakirələr aparılıb.
Moldovada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Moldova Azərbaycanlılar Konqresi və Azərbaycanın Moldovadakı Səfirliyi Moldova hökuməti Etnik Əlaqələr Bürosunda Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçirib.
Azərbaycan birinciliyi keçiriləcək
Fevralın 23-24-də Bakı İdman Sarayında gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçiriləcək. AGF-dən “OLAYLAR”-a bildirilib ki, yarışın keçirilməsində əsas məqsəd ölkə ərazisində güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir. Yarış Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunacaq və şəxsi xarakter daşıyacaq. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1997-1999-cu il təvəllüdlü idmançılar iştirak edəcək. Turnirin proqramına əsasən, fevralın 23-də sərbəst, 24-də isə yunan-Roma növü üzrə gənc güləşçilər arasında ən güclülər müəyyənləşəcək.
Mədəniyyət sərvətlərinin qanunsuz ticarəti ilə mübarizə mövzusunda kurslar keçiriləcək
Mədəniyyət və Turizm Nazirliyinin Avropa İttifaqı ilə birgə icra etdiyi “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində 2017-ci ilin 21-24 fevral tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində 4 günlük təlim kursu təşkil ediləcək.














