Britaniya kommandosları Mosul üçün vuruşurlar
ABŞ-ın "Yaşıl beretlilər" və "Delta Force" xüsusi təyinatlı dəstələrinin döyüşçüləri ilə yanaşı, Britaniyanın SAS kommandosları İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad olunması əməliyyatında iştirak edirlər.
20 Fevral 2017 17:58 DünyaABŞ-ın "Yaşıl beretlilər" və "Delta Force" xüsusi təyinatlı dəstələrinin döyüşçüləri ilə yanaşı, Britaniyanın SAS kommandosları İraqın Mosul şəhərinin İŞİD terrorçularından azad olunması əməliyyatında iştirak edirlər. Birləşmiş Ştatlardan və Britaniyadan olan elitar hərbçilər 650 min insanın İŞİD əsarətindən azad edilməsi üçün aparılan əməliyyata faktiki olaraq rəhbərlik edirlər.
The Times-ın məlumatına görə, Mosulun tam azad edilməsi hələ 4 ay davam edə bilər. Bu isə amansız və qanlı döyüşlərin hələ irəlidə olduğunu göstərir. Bu barədə Milli.Az AsiaOne-a istinadən xəbər verir.