IV Beynəlxalq multikulturalizm məktəbinin rəsmi bağlanış mərasimi keçirilib
20 Fevral 2017 17:29 MədəniyyətAzərbaycan Respublikasının Prezident İlham Əliyevin tövsiyəsi ilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən "Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: İslam həmrəyliyi bizə nə verir?" adlı IV Beynəlxalq multikulturalizm qış məktəbinin rəsmi bağlanış mərasimi keçirilib.
Fonddan "Olaylar" -a bildirlir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Azad Məmmədov beynəlxalq multikulturalizm məktəbləri layihəsinin məqsədi haqqında söz açıb: "Tədris layihəsi çərçivəsində dünyanın 15 və ölkəmizin 40 qabaqcıl universitetində Azərbaycan multikulturalizmi fənnini öyrənən tələbələr üçün təşkil olunan qış və yay məktəblərinin məqsədi həmin gənclərin nəzəri olaraq öyrəndikləri multikultural və tolerant dəyərlərimizi ölkəmizdə əyani şəkildə görmələrinə şərait yaratmaqdır. "
Daha sonra Bilik Fondunun icraçı direktoru Oktay Səmədov layihənin reallaşmasında əməyi olan hər kəsə təşəkkür edib: " Bir həftə tez bir zaman kəsiyində başa çatdı. Bizim üçün çox xoşdur ki, azərbaycanlı gənclərlə xarici ölkə universitetlərinin tələbələri bir araya gəldilər, dost oldular. "