Tarixi Muzeyinin məqalələr toplusu çap olunub

AMEA Milli Azərbaycan Tarixi Muzeyin illik toplusu olan "Milli Azərbaycan Tarixi Muzeyi - 2016" toplusu işıq üzü görüb. Muzeydən "Olaylar" -a bildirilir ki, muzeyin direktoru, akademik Nailə Vəlixanlının təsisçisi və baş redaktoru olduğu bu toplu Muzeyin Elmi Şurasının qərarı ilə nəşr olunub.

Qeyd edək ki, toplu yeddi hissədən - "Muzey kolleksiyasının materialları Vətən tarixinin öyrənilməsində mənbə kimi", "Tarix", "Arxeologiya", "Sənətşünaslıq", "Millət atası", "Yubileylər" və "Muzeyin həyatından" bölmələrindən ibarətdir. Burada Muzey əməkdaşlarının və başqa alimlərin Azərbaycan və rus dillərində elmi məqalələri dərc olunub. 505 səhifə həcmində olan topluda 39-dan çox müəllifin məqaləsi yer alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31