Gündəm
Ancelina Coli Bred Pitlə boşanmasından danışıb ağladı
Aktrisa Ancelina Coli Kambocada çəkdiyi "Birinci mənim atamı öldürdülər: Kamboca qızının xatirələri" ("First They Killed My Father: A Daughter of Cambodia Remembers") filmini təqdim edib.
Hande Erçel sevgilisindən ayrıldı
"Aşk Laftan Anlamaz" serialında "Hayat" obrazının ifaçısı olan aktrisa Hande Erçel aktyor sevgilisi Ekin Mert Daymazdan ayrılıb. Münasibətlərin bitməsinə Mertin gecə klublarının birində qara saçlı bir qızla görüntülənməsi səbəb olub.
Kıvanç həyat yoldaşı ilə evlilik ildönümünü belə qeyd etdi
Aktyor Kıvanç Tatlıtuğ həyat yoldaşı Başak Dizer ilə evliliklərinin birinci ildönümünü İstanbuldakı məkanların birində qeyd ediblər. Gecədə cütlüyün yaxın dostları da iştirak edib. Çıxışda jurnalistlərin suallarını cavablandıran cütlük belə deyib: "Çox xoşbəxtik. Sevdiyimiz dostlarımızla bir arada olmaq istədik və əyləndik".
Ərindən Beren Saatın dekolteli libasına açıqlama
"GQ İlin adamı" mükafatlandırma mərasimində aktrisa Beren Saatın geyindiyi dekolteli libasa müğənni həyat yoldaşı Kənan Doğulu da münasibət bildirib. O, həyat yoldaşının "oğurluq" olduğu deyilən libası barədə belə deyib: "Paltarı ona yaraşdırdım, gözəl olub".
Bu sirri anasından belə gizlədir
"İçerde" serialında "Mert" obrazını canlandıran Aras Bulut İynemli hamıdan gizlətdiyi sirrindən danışıb.
Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının ölkəmiz üzrə qəbul edilmiş hesabatı təqdim edilib
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq ölkəmiz bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üçün Antikorrupsiya Şəbəkəsi ilə səmərəli əməkdaşlığını uğurla davam etdirir.
Məktəblilərin qiraət müsabiqəsi qaliblərinə Diplomlar təqdim edilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşan“Məktəbli Gənclərin Qiraət Müsabiqəsi” layihəsində qalib gələn iştrakçıların Diplomlarla təltif edilmələrinə həsr edilmiş mərasim keçirildi.
ADU-da IV İslam Həmrəyliyi Oyunlarına həsr olunan görüş keçirilib
Fevralın 20-də Azərbaycan Dillər Universitetində (ADU) Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarının “Grassroots” proqramı çərçivəsində “Feel Closer” (“Yaxın hiss et”) layihəsi üzrə görüş keçirilib. İdmançı səfirlərin müxtəlif ali təhsil müəssisələrinin tələbələri ilə görüşünü təşkil etmək və İslam Oyunlarının “Sülh”, “Hörmət”, “Birlik” və “Mükəmməllik” dəyərlərini təbliğ etmək məqsədi daşıyan layihəyə əsasən ilk görüş ADU-da baş tutub.
Akif Çovdarovun səhhəti pisləşdiyi üçün məhkəmə təxirə salınıb - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Azərbaycan prezidentinin Münhen mesajları - ŞƏRH
“Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında həm ikitərəfli formatda vacib görüşlər keçirdi, həm də panel-müzakirələrdə çox mühüm tezislərlə çıxış etdi. Prezidentin çıxışları ilk növbədə Azərbaycanı narahat edən fundamental məsələlərlə bağlı idi”.
Yüzlərlə qaçqın hasarı aşıb İspaniyaya gəldi - VİDEO
350-yə yaxın qeyri-qanuni mühacir İspaniyanın muxtar şəhəri Seutaya daxil olub. Bazar ertəsinə keçən gecə qeyri-qanuni mühacirlər altı metr hündürlüyündə olan ikiqat hasarı keçməyi bacarıblar. Bu barədə "Alman dalğası" məlumat yayıb.
Masa arxasında yemək yeyən cütlük bir-birini dəlik-deşik etdi - VİDEO - FOTO
Kayseridə iki gün əvvəl axşam yeməyi zamanı - saat 7 radələrində mübahisə düşüb. 5 ildir evli olan Şərifə Burcu Bıyık (24) və Sadık Bıyık (32) cütlüyü yemək masasında olan bıçaqlarla bir-birlərinə xəsarət yetiriblər.
“Fiziki məhdudiyyətli insanlar üçün yaradılmış imkanlar və onların üzləşdiyi çətinliklər. İnklüziv təhsil” mövzusunda dəyirmi masa keçirilib
Fevralın 17-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Beynəlxalq əlaqələr üzrə prorektorluğunun təşkilatçılığı ilə “Fiziki məhdudiyyətli insanlar üçün yaradılmış imkanlar və onların üzləşdiyi çətinliklər. İnklüziv təhsil” mövzusunda dəyirmi masa keçirilib.
ADU Elmi Şurasının iclası keçirilib
Fevralın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının genişləndirilmiş iclası keçirilib. ADU İctimai Nəzarət Şurasının üzvlərinin də iştirak etdiyi iclasda 2016/17-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının yekunları geniş müzakirə olunub.
Su sayğaclarının plomblanmasına dair müraciət" elektron xidmətinin göstərilməsinə başlanılıb
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanından, həmçinin "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2014-cü il tarixli 118 nömrəli Qərarından irəli gələn məsələlərin həlli məqsədilə “Azərsu” ASC tərəfindən zəruri işlər aparılaraq sayca 8-ci - “Su sayğaclarının plomblanması (quraşdırılma və ya dəyişdirilməsinə) dair müraciət" elektron xidmətinin göstərilməsinə başlanılıb.














