Su sayğaclarının plomblanmasına dair müraciət" elektron xidmətinin göstərilməsinə başlanılıb  

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanından, həmçinin "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2014-cü il tarixli 118 nömrəli Qərarından irəli gələn məsələlərin həlli məqsədilə “Azərsu” ASC tərəfindən zəruri işlər aparılaraq sayca 8-ci - “Su sayğaclarının plomblanması (quraşdırılma və ya dəyişdirilməsinə) dair müraciət" elektron xidmətinin göstərilməsinə başlanılıb.

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyaların tətbiqini davam etdirir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanından, həmçinin "Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2014-cü il tarixli 118 nömrəli Qərarından irəli gələn məsələlərin həlli məqsədilə "Azərsu" ASC tərəfindən zəruri işlər aparılaraq sayca 8-ci - "Su sayğaclarının plomblanması (quraşdırılma və ya dəyişdirilməsinə) dair müraciət" elektron xidmətinin göstərilməsinə başlanılıb. İstehlakçılar bundan sonra www.e-gov.az portalı və www.azersu.az saytı üzərindən rəsmi formada su sayğaclarının plombunun quraşdırılması və ya dəyişdirilməsi üçün elektron xidmət vasitəsilə müraciət edə biləcəklər. Xidmət qeydiyyatlı olduğu üçün abonentlər ilk növbədə "Elektron hökumət" portalında təqdim edilən autentifikasiya vasitələrindən biri ilə qeydiyyatdan keçməlidir. Bundan sonra istifadəçi ona təqdim olunan elektron ünvanda açılan ekranda "Su sayğaclarının plomblanması (quraşdırılma və ya dəyişdirilməsinə) dair müraciəti" elektron xidməti seçilməli, təqdim edilən pəncərədə abonent kodu, müraciətin səbəbi, əlaqə yaratmaq üçün telefon, e-mail ünvanı və s. daxil etməlidir. Daxil edilən məlumatlar düzgündürsə "Təsdiqlə" düyməsi seçilir və ekranda "Müraciətiniz qeydiyyata alındı. Xidmətimizdən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik" məlumatı göstərilir. Müraciət qeydiyyata alındıqdan sonra abonentin ünvanında Sukanal idarəsinin nümayəndəsi tərəfindən sayğaca baxış keçirilərək zəruri tədbirlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31