Məktəblilərin qiraət müsabiqəsi qaliblərinə Diplomlar təqdim edilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşan“Məktəbli Gənclərin Qiraət Müsabiqəsi” layihəsində qalib gələn iştrakçıların Diplomlarla təltif edilmələrinə həsr edilmiş mərasim keçirildi.

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə reallaşan"Məktəbli Gənclərin Qiraət Müsabiqəsi" layihəsində qalib gələn iştrakçıların Diplomlarla təltif edilmələrinə həsr edilmiş mərasim keçirildi.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Etibar Binnətli Azərbaycan dövlətinin son illər Ana dilinin saflığının qorunması və inkişafına göstərdiyi hərtərəfli qayğıdan danışaraq, Gənclər Fondunun dəstəyilə reallaşan layihənin məqsədi və məktəbli gənclərin dilə sevgi hissinin artırılmasında bu tipli layihələrin əhəmiyyəti haqqında fikirlərini konfrans iştrakçıları ilə bölüşdü. Sonra layihənin eksperti, yazıçı-publisist Təhmasib Novruzov müsabiqənin yekunları, qalib gələn məktəbli - gənclərin qabiliyyət və bacarıqları  barədə tədbir iştrakçılarına ətraflı məlumat verdi. Qeyd olundu ki, müsabiqənin yekun mərhələsində iştrak etmək hüququ qazanan 78 məktəbli münsiflər heyəti qarşısında çıxış etmiş və aldıqları qiymətlər əsasında 21 məktəbli qalib elan olunmuşdur. Qaliblərdən Məhərrova Aygün, Abbasova Nuray, Söhbətova Nəzrin , valideynlərdən Məhərrəmova Vəfa, Abbasov Müşfiq, 33 saylı Ağdam Köçkün Tam Orta məktəbin müəllimi Taciyəxanım İmanova  və  başqaları  çıxış edərək müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışdılar və qalibləri təbrik etdilər. Sonda müsabiqə qaliblərinə Diplomlar təqdim edildi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31