ADP beynəlxalq təşkilatlara çağırış etdi
Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti iclası keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, iclasda ölkədə və dünyada baş verən mühüm siyasi hadisələrə dair müzakirələr aparılıb.
20 Fevral 2017 17:24 SiyasətDağlıq Qarabağda keçirilən "referendum" pislənilsin
Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin növbəti iclası keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, iclasda ölkədə və dünyada baş verən mühüm siyasi hadisələrə dair müzakirələr aparılıb. İlk növbədə Azərbaycanın Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağ ərazisində qondarma referendum keçirilməsinə diqqət çəkən İdarə heyəti üzvləri, bu aksiyanı qətiyyətlə pisləyib, keçirilən saxta referendumun Azərbaycan Konstitusiyasına və beynəlxalq hüquqa zidd olduğu üçün heç bir hüquqi qüvvəyə malik olmadığını qeyd edib. Bununla yanaşı ADP beynəlxalq təşkilatları, xüsusilə də ATƏT-i bu qeyri qanuni akta beynəlxalq hüquqa uyğun qiymət verməyə, Azərbaycan hakimiyyətini isə öz ərazilərini yurisdiksiyasına qaytarmaq üçün bütün vasitələrdən istifadə etməyə çağırıb.