Münhen Təhlükəsizlik Konfransı beynəlxalq müstəvidə önəmli platformalardan biridir

Münhen Təhlükəsizlik Konfransı beynəlxalq müstəvidə önəmli platformalardan biridir. Hər il keçirilən Mühhen Təhlükəsizlik Konfransında dünyanın iqtisadi-siyasi gündəliyinə nəzər salınır, qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur. “OLAYLAR”-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sevinc Fətəliyeva səsləndirib.

Münhen Təhlükəsizlik Konfransı beynəlxalq müstəvidə önəmli platformalardan biridir. Hər il keçirilən Mühhen Təhlükəsizlik Konfransında dünyanın iqtisadi-siyasi gündəliyinə nəzər salınır, qlobal əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur. "OLAYLAR"-ın xəbərinə görə, bu fikirləri millət vəkili Sevinc Fətəliyeva səsləndirib. O, bildirib ki, 1962-ci ildən keçirilən konfrans ilk dövrlərdə sırf hərbi məsələlərə həsr olunurdusa, 1993-cü ildən etibarən soyuq müharibənin başa çatmasının nəticəsi olaraq, daha çox sırf iqtisadi problemlər konfransın gündəliyində yer almağa başladı: " Nəticədə, bu gün Münhen Təhlükəsizlik Konfransı dünyanın iqtisadi-siyasi gündəliyindəki əsas problemlərin müzakirə olunduğu, əksər ölkələrdə böyük maraqla izlənən mötəbər beynəlxalqtədbirə çevrilib. Sayca keçirilmiş 53-cü konfransda da əsas müzakirə edilən məsələlər NATO və Avropa İttifaqının gələcəyi, Qərb və Rusiya arasında olan münasibətlər, Suriyada müharibə, terrorçuluqla mübarizə, Ukraynada böhran, Asiya-Sakit Okean regionunun problemləri və s. oldu. Konfransda Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ölkəmizin dünya təhlükəsizlik sisteminin yenidən qurulmasında yaxından iştirak etmək istəyini hər kəsə nümayiş etdirdi. Prezident İlham Əliyevin həm müxtəlif ölkə rəhbərləri ilə görüşlərində, həm də aparıcı biznes qurumların rəhbərləri ilə müzakirələrində əsas müzakirə olunan məsələlər Azərbaycan qarşısında olan çağırışlar ilə bağlı idi. Hərtərəfli iqtisadi islahatlar aparan Azərbaycanın dünya biznes strukturları üçün daha da açılması və iqtisadi cəlbediciliyin mümkün qədər bütün auditoriyalarda bəyan edilməsi əsas hədəflərdəndir. Bu baxımdan, Azərbaycanın həqiqətlərini, öz reallıqlarını və imkanlarını təqdim etməsi üçün bu platforma böyük əhəmiyyət kəsb edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31