Mədəniyyət sərvətlərinin qanunsuz ticarəti ilə mübarizə mövzusunda kurslar keçiriləcək

Mədəniyyət və Turizm Nazirliyinin Avropa İttifaqı ilə birgə icra etdiyi “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində 2017-ci ilin 21-24 fevral tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində 4 günlük təlim kursu təşkil ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin Avropa İttifaqı ilə birgə icra etdiyi "Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək" adlı Tvinninq layihəsi çərçivəsində 2017-ci ilin 21-24 fevral tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində 4 günlük təlim kursu təşkil ediləcək. Nazirliyin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, kurslar 21 fevral saat 9.30-da başlanacaq. Təlimin mövzusu mədəniyyət sərvətlərinin qanunsuz ticarəti ilə mübarizədə istintaq texnikalarının təkmilləşdirilməsi və bu sahədə beynəlxalq normaların tətbiq edilməsidir.4 günlük təlim kursunda Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti, eləcə də Mədəniyyət və Turizm Nazirliyindən nümayəndələr iştirak edəcəkdir. Təlim kursu mədəni irsin qorunmasında beynəlxalq normalar, ağır cinayət halları, mədəni irsin mühafizəsinə cəlb olunmuş maraqlı tərəflər və vasitələr, insanlığa qarşı cinayət kimi mədəni irsin məhv edilməsinin beynəlxalq formaları və müharibə cinayətləri və məhkəmə sorğu məktubları ilə beynəlxalq yardımlaşma kimi mövzuları əhatə edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31