Ekspert: “Konfrans Azərbaycanın gələcəyinə böyük perspektivlər açacaq”

“Münhen Təhlükəsizlik Konfransı Azərbaycan üçün xüsusi əhəmiyyətlidir. Cənab Prezident İlham Əliyevin Münhen konfransında  iştirak etməsi regional təhlükəsizlik baxımından Azərbaycana gələcəkdə müsbət töhfələr verəcək”. Bunu  Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin sədri diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.

"Münhen Təhlükəsizlik Konfransı Azərbaycan üçün xüsusi əhəmiyyətlidir. Cənab Prezident İlham Əliyevin Münhen konfransında  iştirak etməsi regional təhlükəsizlik baxımından Azərbaycana gələcəkdə müsbət töhfələr verəcək". Bunu  Azərbaycan Slavyan Gəncləri Assosiyasiyasının Rusiya nümayəndəliyinin sədri diaspora üzrə ekspert Toğrul Allahverdili deyib.

Onun sözlərinə görə, ABŞ və Qərb dövlətləri Azərbaycanın enerji ehtiyyatlarının Qərb bazarlarına çıxarılmasına xüsusi önəm verir: "Ölkəmiz Avropanın neft ehtiyaclarının bir hissəsini ödəyir. Konfransda Azərbaycanın beynəlxalq aləmdəki rolunu bütün dünya gördü. Münhen konfransı Azərbaycan üçün çox uğurlu oldu. İlham Əliyevin  konfransda fəallığı, apardığı danışıqlar, keçirdiyi görüşlər və cənab Prezidentin siyasi intellektual qabiliyyəti Azərbaycanın gələcəyi üçün böyük perspektivlər açacaq".

T.Allahverdili əlavə edib ki, konfransda ölkə başçısının Ermənistanın torpaqlarımızı işğal etməsi məsələləsini diqqətə gətirməsi və bu barədə çıxışı problemin daha da aktuallaşmasına köməklik göstərdi: "Münhen konfransı göstərdi ki, Azərbaycanın ərazi bütövlüyünə şübhə ilə yanaşan, əvvəllər ermənipərəst mövqe tutan dövlətimizə qarşı ikili standartlar yürüdən dövlətlər də artıq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Fransa istisna olmaqla, Qarabağ probleminin həlli ilə bağlı ikili standartlar aradan qalxmağa başlayır". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31