Mədəniyyət və turizm naziri Ağdaş şəhərində vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri tərəfindən fevralın 24-də Ağdaş şəhərində vətəndaşlar qəbul ediləcək.
20 Fevral 2017 16:29 SosialMərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri tərəfindən fevralın 24-də Ağdaş şəhərində vətəndaşlar qəbul ediləcək. Nazirliyinb mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, Heydər Əliyev Mərkəzində baş tutacaq qəbulda Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşlar iştirak edəcək. Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.