Afaq Abbasova Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının qonağı olacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti, Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının qonağı olacaq. Ötən ilin noyabrında Minskdə qastrolda olarkən Afaq Abbasova növbəti çıxış üçün təklif almışdı. Fevralın 25-də gənc solist Afaq Abbasova C.Verdinin "Aida" operasının tamaşasında Aida partiyasını ifa edəcəkdi.
20 Fevral 2017 15:41 MədəniyyətAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti, Azərbaycanın Əməkdar artisti, Prezident mükafatçısı Afaq Abbasova Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının qonağı olacaq. Ötən ilin noyabrında Minskdə qastrolda olarkən Afaq Abbasova növbəti çıxış üçün təklif almışdı. Fevralın 25-də gənc solist Afaq Abbasova C.Verdinin "Aida" operasının tamaşasında Aida partiyasını ifa edəcəkdi.
Qeyd edək ki, Radames rolunda Belarusun Xalq artisti Sergey Frankovski, Amonasro rolunda Əməkdar artist Vladimir Qromov çıxış edəcəklər. Tamaşanı Ukraynanın Xalq artisti, Odessa Dövlət filarmonik orkestrinin baş dirijoru Xobalt Erl (ABŞ) idarə edəcəkdi.