Gürcüstandan külli miqdarda siqaret gətirilməsinin qarşısı alınıb

Aksiz markası ilə markalanmayan 4 min 400 ədəd siqaret aşkara çıxarılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə,Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. İdarənin “Sınıq Körpü” gömrük postunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda aksiz markası ilə markalanmayan 4400 ədəd “Comet” adlı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Aksiz markası ilə markalanmayan 4 min 400 ədəd siqaret aşkara çıxarılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə,Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. İdarənin "Sınıq Körpü" gömrük postunda aparılan yoxlama zamanı nəqliyyat vasitəsinin salonunda aksiz markası ilə markalanmayan 4400 ədəd "Comet" adlı siqaret aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31