Ərdoğana sui-qəsd əmrini o verdi

2016-cı il iyulun 15-də hərbi çevrilişə cəhd gecəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd etmək istəyən 44 nəfərlik dəstənin məhkəmə prosesi davam edir.

2016-cı il iyulun 15-də hərbi çevrilişə cəhd gecəsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd etmək istəyən 44 nəfərlik dəstənin məhkəmə prosesi davam edir.

Muğla şəhərində keçirilən məhkəmə prosesində Mərmərisdə Ərdoğanın qaldığı otelə basqında sui-qəsd bölüyünü idarə edən general Gökhan Şahin Sönmezateş hakimin suallarını cavablandırıb. General prezidentə sui-qəsd əmrini qiyamçı generallardan olan Semih Terzidən aldığını bildirib.

Qeyd edək ki, Semih Terzi həmin gecə öldürülüb. Bu barədə Publika.az Türkiyə mediasına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31